GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İdman » “Azərbaycanda idmanın inkişafı daim Ölkə Prezidentinin diqqətindədir”

“Azərbaycanda idmanın inkişafı daim Ölkə Prezidentinin diqqətindədir”

Tarix: 16-08-2024, 21:25 Bölmə :İdman Baxış: 278

“Bu gün Azərbaycanda idmanın yüksək inkişaf səviyyəsinə çatması, idmançılarımızın ən nüfuzlu beynəlxalq yarışlarda böyük uğurlar qazanması birbaşa bu sahəyə göstərilən dövlət qayğısı ilə bağlıdır. Ölkə Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin respublikada idmanın kütləviliyinin təmin olunmasını daim diqqət mərkəzində saxlaması bu sahənin sürətli inkişafını təmin edir. Ölkəmizdə idmanın maddi-texniki bazasının əhəmiyyətli dərəcədə möhkəmləndirilməsi, idmançıların sosial-məişət məsələlərinin həllinin daim diqqət mərkəzində saxlanılması uşaq və gənclər arasında idmana böyük maraq oyadıb. İdmançıların xüsusi diqqət və qayğı ilə əhatə olunmaları da idmanın inkişafını stimullaşdırmaqla yanaşı, bu sahədə qarşıya qoyulan bütün hədəflərə çatmağa imkan verir.”

Gundemxeber.Az bildirir ki, bu fikirləri Axın.az-a verdiyi açıqlamasında ictimai xadim, politoloq Adəm İsmayıl Bakuvi ifadə edib.

Fikirlərini davam etdirən müsahibimiz qeyd edib ki, yenicə başa çatmış Paris Olimpiya Oyunlarında idmançılarımızın əldə etdikləri yüksək nəticələr bir daha ölkəmizin güclü idman dövləti olduğunu dünyaya nümayiş etdirdi: “Cənab Prezident İlham Əliyev cari ilin 14 avqust tarixində XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarının və onların məşqçilərinin qəbulu zamanı etdiyi çıxışında olimpiyaçılarımızın nəticələrini kifayət qədər yüksək qiymətləndirərək bildirdi ki, onların ölkəmizi ləyaqətlə təmsil etmələri və Azərbaycan Bayrağını ucaltmaları bütün xalqın sevincinə səbəb olub. Əlbəttə ki, Olimpiya Oyunları dörd ildən bir keçirilən və bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır. Buna görə də hər bir idmançı, hər bir ölkə bu Oyunlara son dərəcə ciddi hazırlaşır. Azərbaycanın Olimpiya Oyunlarında ardıcıl neçə illər əldə etdiyi uğurlar ölkəmizin güclü idman dövləti olduğunu bir daha təsdiq edir. Təsadüfi deyil ki, Azərbaycan bu Oyunlarda əldə etdiyi medalların sayına görə dünyanın ən güclü 30 ölkəsinin arasında yer almış, müsəlman ölkələri arasında isə üçüncü olmuşdur. Dövlət başçımızın dediyi kimi, nəzərə alsaq ki, İslam Əməkdaşlıq Təşkilatında 57 üzv ölkə mövcuddur, bu, həqiqətən də çox gözəl və tarixi nəticədir. Əlbəttə nəticələrimiz daha yüksək ola bilərdi, lakin vacib olanı budur ki, Paris Olimpiya Oyunları Azərbaycanda idmanın inkişafının ardıcıl surətdə getdiyini göstərdi. Bütün bunlarla yanaşı, cənab Prezident İlham Əliyev belə bir vacib məqamı da vurğuladı ki, növbəti Olimpiya Oyunlarına hazırlıq işlərinə artıq yeni prizmadan yanaşmaq və xüsusilə uşaq-yeniyetmə idmanına bundan sonra diqqəti daha da artırmaq lazımdır. Bu gün idmanla məşğul olmaq üçün ölkəmizin hər bir şəhər və bölgəsində gözəl şərait var. İdmana rəhbərlik edən qurumlar arasında koordinasiya işləri düzgün qurulub, federasiyalar, klublar uğurla fəaliyyət göstərir. Nəzərə alsaq ki, hər bir Olimpiya Oyunlarından sonra, xüsusilə ölkəmiz üçün uğurlu Oyunlardan sonra idman bölmələrinə uşaqların, yeniyetmələrin axını müşahidə olunur, bu zaman növbəti Olimpiya Oyunlarına da hazırlıq prosesinin ardıcıl və effektiv şəkildə aparılacağını əminliklə demək olar” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyev Azad Rəhimovun vəfatı ilə bağlı nekroloq imzaladı

    İlham Əliyev Azad Rəhimovun vəfatı ilə bağlı ...

    1-05-2021, 16:37

  • 
  • Birinci vitse-prezident Mehriban Əliyeva idmana qayğı ilə yanaşması baxımından da çoxsaylı uğurların müəllifi kimi tanınır – Nazir müavini

    Birinci vitse-prezident Mehriban Əliyeva idmana ...

    26-04-2019, 15:13

  • 
  • İlham Əliyev və xanımı açılışda

    İlham Əliyev və xanımı açılışda ...

    21-11-2014, 13:19

  • 
  • Prezident İlham Əliyev: "Biz doğrudan da güclü idman dövlətiyik"

    Prezident İlham Əliyev: "Biz doğrudan da ...

    23-09-2016, 14:06

  • 
  • "Güləşçilərə maaş vermək öhdəliyimiz yoxdur" - Federasiyadan bəyanat

    "Güləşçilərə maaş vermək öhdəliyimiz ...

    1-08-2017, 13:00


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (469)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu