Gundemxeber.az » İdman » "Qalatasaray"ın 950 milyonluq itkidən sonra Okan Buruk qərarı
"Qalatasaray" UEFA Çempionlar Liqası ilə vidalaşaraq "Yanq Boyz"la keçirdiyi hər iki oyunda məğlub olub və nəticədə təxminən 950 milyon tl dəyərində böyük bir maliyyə zərbəsi ilə üzləşib...
Bu uğursuzluğun əsas səbəbi kimi azarkeşlər və bəzi idman şərhçiləri baş məşqçi Okan Buruku tənqid ediblər. Buna baxmayaraq, klub rəhbərliyi Buruka tam dəstək verərək, böhranın daha da dərinləşməsinin qarşısını almağa çalışır. Klubun idarə heyəti, "Okan Buruk bizi iki il ardıcıl çempion etdi. Mövsüm hələ uzundur və qarşımızda yeni hədəflər var. Yeni transferlər heyətə qoşulduqca daha da güclənəcəyik" açıqlaması ilə Buruka olan etibarını nümayiş etdirib. Klub prezidenti Dursun Özbek isə, "Məşqçimizin arxasındayıq" deyərək müzakirələrə son qoymağa çalışıb.
Gundemxeber.az
15-12-2013, 20:15
18-09-2018, 10:38
23-05-2013, 01:54
21-07-2021, 09:51
1-10-2014, 13:06
Sorğu
Yeni dizaynımız necədir?