Bakının 8-ci dəfə ev sahibliyi etdiyi "Formula-1" Azərbaycan Qran-Prisi bu ilin sentyabrın 13-15-də baş tutacaq.
Gundemxeber.az bildirir ki, bununla bağlı olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
"Sabah başlayacaq “2024 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar bəzi küçə və prospektlərdə hərəkətin məhdudlaşdırıldığını nəzərə alaraq xüsusilə paytaxtın cənub qapısında yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə sürücülərdən xahiş olunur ki, cənubdan mərkəzə doğru, yəni "Azneft" və "Neftçilər" dairəsinə alternativ kimi Bakı-Salyan yolunun 14-cü kilometrliyindən Lökbatan dairəsi istiqamətində üçüncü kənar dairəvi yolla "20 Yanvar" və ya Yeni Yasamal ərazisindən keçməklə hərəkət etsinlər.
Eyni zamanda 20-ci sahə, Bayıl qəsəbəsində yaşayanlar isə qəsəbənin daxili yolları ilə Qurban Abbasov küçəsindən keçməklə Teymur Elçin, Mehdi Hüseyn və Lermontov küçələri ilə mərkəzə doğru hərəkət etmələri tövsiyə olunur”, məlumatda deyilir.
Bununla yanaşı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarından yarışın keçirildiyi müddət ərzində fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri xahiş olunur
2016-cı ildən bəri keçirilən "Formula-1" Azərbaycan Qran-Prisi daha üç il uzadılaraq, 2026-cı ilədək keçiriləcək.
Əhalinin müəyyən hissəsində yarışların keçirilməsi narazılığa səbəb olsa da, hökumət "Formula-1"in dövlət üçün vacib olduğunu deyir.
Nəqliyyat eksperti Rauf Ağamirzəyevin fikrincə, Bakıda hər hansı tədbirlər olmasa belə, nəqliyyat sistemi rahat istifadə üçün əlverişli deyil.
Ekspert hesab edir ki, paytaxtda çeşidli nəqliyyat növlərinə ehtiyac var, bu olmadığı müddətdə tıxaclara və insanların narazılığına səbəb yaradır.
Bakı Şəhər halqasının məlumatına görə, 13-15 sentyabr tarixlərində keçiriləcək yarışa bütün tribuna biletləri satılıb.
“Azarkeşlərin böyük marağı səbəbindən bu il Bakı yarışının 8 tribunasına 2 yeni tribuna əlavə edilib. Yarış tribunalarının ümumi tutumu ötən ilə nisbətdə 35 faiz artırılıb. Builki yarış yalnız azarkeşləri deyil, bütün dünyanın diqqətini yenidən Bakıya yönəldəcək”məlumatda deyilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?