Kriştiano Ronaldonun çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Nəsir" komandası "Fənərbağça"nın gündəmində olan şəxsi baş məşqçi təyin etməyə hazırlaşır.
Gundemxeber.az xəbər verir ki, bu barəfə italyan jurnalist Fabrizio Romano məlumat yayıb.
O, bildirib ki, "Əl-Nəsir" komandası portuqaliyalı baş məşqçisi Luis Kastro ilə yollarını ayırmaq istəyir.
Xəbərdə "Əl-Nəsir"in italiyalı məşqçi Stefano Pioli ilə danışıqlara başladığı bildirilib.
Yay transfer dönəmində "Milan"dan ayrılan Stefano Pioli uzun müddət "Fənərbağça" ilə danışıqlar aparıb. Ancaq sarı-göylülərin seçimi Joze Mourinyo olub.
Bu mövsüm liqada 3 matçda 1 qələbə və 2 heç-heçə ilə 5 xal toplayan "Əl-Nəsir" 7-ci pillədə qərarlaşıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?