Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İngiltərə təmsilçisi "Tottenhem"ə qarşı UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
52 yaşlı mütəxəssis 0:3 hesablı məğlubiyyəti şərh edib:
“Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. Xeyli sayda qol vurmaq imkanlarımız oldu. Futbolçularıma çox iradım yoxdur. Amma daha yaxşı oynaya bilərdilər".
Qeyd edək ki, “Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda oktyabrın 3-də İsveç təmsilçisi “Malmö” ilə qarşılaşacaq. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.\\report.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?