İspaniya La Liqasının 2024/2025 mövsümünün 14-cü turunun "Leqanes" və "Real Madrid" komandalarının qarşılaşdığı matç başa çatıb.
Oyun Leqanesdəki "Munisipal de Butarke" stadionunda baş tutub. "Real Madrid" "Leqanes"i 3:0 hesabı ilə məğlub edib. 43-cü dəqiqədə "Real Madrid"in hücumçusu Kilian Mbappe hesabı açıb. Yarımmüdafiəçi Federiko Valverde 66-cı dəqiqədə fərqi artırıb. Oyunda yekun nəticə 86-cı dəqiqədə yarımmüdafiəçi Cud Bellinqem tərəfindən müəyyən edilib - 3:0. 13 matçdan sonra "Real Madrid" 30 xalla La Liqanın turnir cədvəlində ikinci yerdədir. "Leqanes" 14 oyundan sonra 14 xalla 14-cü yerdədir. İspaniya çempionatının turnir cədvəlinə 34 xalla Kataloniya "Barselona"sı başçılıq edir./oxu.az/
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?