Tanınmış mütəxəssis Roberto Mançini Səudiyyə Ərəbistanı yığmasında işləmək üçün İtaliya millisinin baş məşqçi postunu tərk etməsinə peşman olduğunu bildirib.
Gundemxeber.az xəbər verir ki, "Fotball Italia" onun sözlərini belə çatdırıb:
"Yenidən belə qərar verməzdim. Çünki İtaliya millisinin baş məşqçisi olmaq bütün işlərin ən yaxşısıdır.
İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina ilə münasibətlərim pozulduğu üçün getmişdim? Ola bilsin ki, biz bir-birimizi başa düşməmişdik. Biz onunla daha çox danışsaydıq, bəlkə də hər şey başqa cür olardı. Prezidentdən incikliyim yoxdur. Ölkəmi təmsil etmək əvəzinə pul dalınca qaçdığımı düşünürsünüzsə, mənim tarixim əvəzimə danışır. Kim məni tanımırsa, hər şeyə yenidən nəzər sala, sonra belə danışa bilər".
Xatırladaq ki, 2023-cü ilin avqustunda Səudiyyə Ərəbistanı seçməsinə baş məşqçi təyin edilən Mançini bu ilin oktyabrında istefaya göndərilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?