Bu gün futbol tarixinin ən yaxşı futbolçularından biri hesab edilən, yalnız populyar futbolçu olmaqla kifayətlənməyib, xeyirxahlığı ilə də könülləri fəth edən, futbol tarixinin canlı əfsanələrindən biri olan Kriştianu Ronaldunun doğum günüdür.
Portuqaliya millisinin və "Ən-Nəsr"in ulduz futbolçusu bu gün 40 yaşını qeyd edir.
Karyerası ərzində çıxış etdiyi komandalarda 788, milli komandada isə 135 qola imza atan Ronaldu daha əvvəl "Sportinq", "Mançester Yunayted", "Real Madrid" və "Yuventus"da da forma geyinib.
Futboldakı uğurları ilə yaddaşlarda qalan Ronaldu 2007-2008 mövsümündə Avropada "Qızıl buts" mükafatının sahibi olmağı bacarıb.
Kriştianu Ronaldu 12 yanvar 2009-cu ildə "Dünyada İlin Futbolçusu" mükafatını qazanan ilk Premyer Liqa oyunçusudur.
Ronaldu karyerası boyunca 2008, 2013, 2014, 2016 və 2017-ci illərdə "Qızıl top" mükafatına layiq görülüb.
Kriştianu Ronaldu ümumilikdə 3 dəfə FIFA-nın "Dünyada İlin Futbolçusu", 4 dəfə UEFA-nın "İlin Futbolçusu", 13 dəfə də oynadığı ölkələrdə ilin futbolçusu adlarına layiq görülüb. 1 dəfə FIFA-nın "Puşkaş mükafatı"nın qalibi olub, çıxış etdiyi liqalarda saysız-hesabsız titullar qazanıb./oxu.az/
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?