“Qəbələ” klubu növbəti mövsüm Azərbaycan Premyer Liqasında çıxış edəcək.
Gundemxeber.az xəbər verir ki, məğlubiyyətsiz davam edən və lider olan "Qəbələ” əsas çempionata vəsiqəni bu gün Birinci liqanın 20-ci turunda “Baku Sportinq”ə qalib gəlməklə əldə edib.
“Qırmızı qaralar” rəqibini 5:0 hesabı ilə məğlub edib.
Komanda ən azı 3-cü yeri təmin etdiyindən Premyer Liqaya vəsiqəni erkən qazanıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?