Gundemxeber.az » İdman » UEFA Çempionlar Liqası: PSJ məğlubiyyətlə yarımfinala adladı
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində "Aston Villa" - PSJ matçı keçirilib.
Gundemxeber.az xəbər verir ki, Birmingemin "Villa Park" stadionunda baş tutan qarşılaşmada hesabı 11-ci dəqiqədə qonaqlardan Hakimi açıb.
17 dəqiqə sonra Mendeş Fransa təmsilçisinin üstünlüyünü iki topa çatdırıb.
Tilemans 34-cü dəqiqədə hesab arasındakı fərqi azaldıb. Makqinn 55-ci dəqiqədə hesaba tarazlıq gətirərək ingilisləri ümidləndirib.
Üç dəqiqə sonra Konsa fərqlənərək, parisliləri yenidən meydançanın mərkəzinə dəvət edib. Birmingem təmsilçisinin bundan artığına gücü çatmayıb və görüş 2:3 hesabı ilə tamamlanıb.
Tərəflər arasında ilk görüş PSJ-nin 3:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.
PSJ yarımfinalda "Real Madrid" - "Arsenal" cütlüyünün qalibi ilə qarşılaşacaq.
Gundemxeber.az
10-12-2020, 11:47
14-03-2025, 23:42
23-10-2013, 11:27
13-08-2024, 23:25
12-07-2017, 11:33
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?