UEFA Avropa Liqasında 1/8 final mərhələsinin cavab görüşləri çərçivəsində "Reyncers" evdə "Fənərbağça"nı qəbul edib.
Matçın əsas vaxtı Türkiyə təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 0:2.
İstanbulluların heyətində Şimanski dubla imza atıb
Tərəflər arasında ilk oyun Şotlandiya təmsilçisinin 1:3 hesablı səfər qələbəsi ilə başa çatdığına görə, görüşdə hərəsi 15 dəqiqə olmaqla, əlavə iki hissə təyin edilib.
Komandalar əlavə edilmiş 30 dəqiqədə hesabı dəyişə bilmədikləri üçün matçın taleyini penalti seriyası müəyyənləşdirib.
Penalti zərbələrini daha dəqiq yerinə yetirən "Reyncers" adını növbəti mərhələyə yazdırıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?