İtaliyanın "İnter" klubu anti-rekordunu təkrarlayıb.
Milan təmsilçisi bütün turnirlər daxil olmaqla axırıncı üç matçda məğlubiyyətlə üzləşir və rəqib qapılarına qol vura bilmir.
"İnter" İtaliya Kubokunda "Milan"a uduzduqdan (0:3) sonra "Bolonya" və "Roma"ya da minimal hesabla məğlub olub.
Bu, son 13 ildə komandanın göstərdiyi ən zəif nəticədir. "Neradzurri" axırıncı dəfə 2012-ci ildə belə uğursuz nəticəyə imza atıb.
Həmin vaxt "İnter" hazırda "Roma"nı çalışdıran Klaudio Ranyerinin rəhbərliyi altında ardıcıl beş görüşdə həm uduzmuşdu, həm də fərqlənə bilməmişdi./oxu.az/
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?