Gundemxeber.az » İdman » Cənubi Koreya prezidentliyinə əsas namizəd Pxenyanla əlaqənin bərpasını təklif edir
Cənubi Koreya prezidentliyinə namizəd Li Jae-Mung Seul və Pxenyan arasında hərbi qaynar xəttin bərpa olunmasını təklif edir.
GUNDEMXEBER.AZ xarici agentliklərə istinadən xəbər verir ki, o, bu barədə öz Facebook səhifəsində yazıb: “İqtisadiyyatı dirçəltmək və vətəndaşların həyatında sabitliyi təmin etmək üçün Koreya yarımadasının risklərini aradan qaldırmaq lazımdır. Biz vəziyyətə nəzarət edəcəyik, Koreyalararası rabitə kanallarını, o cümlədən hərbi qaynar xətti bərpa etməyə və gərginliyə səbəb olan hərəkətlərdən qarşılıqlı imtina etməyə çalışacağıq”.
Qeyd edək ki, 2023-cü ilin aprelindən KXDR Koreyalararası hərbi qaynar xətt üzrə planlaşdırılmış zənglərə cavab verməyi dayandırıb. 2023-cü ildə Şimali Koreyanın kəşfiyyat peykinin buraxılmasından sonra Seul hərbi gərginliyin azaldılması ilə bağlı 2018-ci il müqaviləsindən qismən imtina etmək qərarına gəlib. Buna cavab olaraq Pxenyan artıq bu razılaşmalara tam şəkildə əməl etməyəcəyini açıqlayıb. Koreya Respublikası da 2024-cü ilin yayında qalan müddəalara əməl etməyi dayandırıb.
"Biz Cənub və Şimal arasında dialoqu, insanların bəyəndiyi mübadilə və əməkdaşlığı inkişaf etdirməyə çalışacağıq", - siyasətçi qeyd edib.
GUNDEMXEBER.AZ
11-10-2018, 15:56
18-08-2014, 10:19
11-01-2016, 13:56
14-02-2018, 11:57
22-05-2018, 15:09
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?