ABŞ prezidenti Donald Tramp Vaşinqtonun razılığı olmadan Cənubi Koreyanın KXDR-ə qarşı sanksiyaları aradan qaldırmayacağına əmindir.
GundemXeber.Az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Cənubi Koreyanın xarici işlər naziri Kan Gyon Hva oktyabrın 10-da parlament dinləmələrində Seulun Pxenyana qarşı sanksiya rejimini zəiflətmək imkanlarını nəzərdən keçirdiyini deyib. Nazirin sözlərinə görə, sanksiyalarının bir çoxu BMT Təhlükəsizlik Şurasının Şimali Koreyaya qarşı məhdudlaşdırıcı tədbirlərini təkrarladığı üçün onların birtərəfli ləğvi əhəmiyyətli simvolik addım olardı.
Donald Tramp isə elə həmin gün jurnalistlərdən birinin sualına cavab verərkən Vaşinqtonun razılığı olmadan Seulun bu addımı atmayacağını deyərək Cənubi Koreyanın xarici siyasət idarəsi rəhbərinin bəyanatını faktiki olaraq təkzib edib.
2010-cu ildə Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinə məxsus “Çhonan” korvetinin batırılması ilə bağlı insidentdən sonra Seul Şimali Koreyaya qarşı birtərəfli sanksiyalar tətbiq etmişdi. O zaman Cənubi Koreya və ABŞ korvetə KXDR-in sualtı gəmisinin hücum etdiyi qənaətinə gəlmişdi. Nəticədə Koreya yarımadasının hər iki dövləti arasında humanitar sahələrdən başqa, demək olar, bütün əlaqələr kəsilmiş, ticarətə və investisiyalara qadağalar qoyulmuşdu.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?