Gundemxeber.az » İdman » "Barselona" İngiltərə millisinin hücumçusunu transfer etmək istəyir
La Liqa çempionu "Barselona" yeni mövsümdə hücum xəttini İngiltərə millisinin hücumçusu Markus Raşford ilə gücləndirmək istəyir.
Gundemxeber.az xəbər verir ki, "kataloniyalılar"ın prioriteti "Liverpul"un futbolçusu Luis Dias hesab edilir.
Kolumbiyalı ilə müqavilə baş tutmayacağı təqdirdə, Kataloniya nəhəngi "Mançester Yunayted"in hücumçusu Markus Raşfordu transfer edəcək.
Markus Raşford 2024/25 mövsümünün ikinci yarısını icarə əsasında "Aston Villa"da keçirib.
"Transfermarkt" 27 yaşlı forvardın dəyərini 50 milyon avro olaraq qiymətləndirir. Luis Diasın bazar dəyəri isə 70 milyon avrodur.
Gundemxeber.az
30-05-2016, 12:34
18-11-2013, 15:02
17-07-2019, 15:34
1-10-2020, 11:52
14-09-2020, 22:04
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?