"Mançester Yunayted" futbolçusu Markus Reşforda yeni müqavilə təklif edib.
gundemxeber.az qol.az-a istinadən xəbər verir ki, İngiltərə təmsilçisi 18 yaşlı hücumçu ilə 2017-ci ildə başa çatacaq müqaviləni artırmaq istəyir. M.Reşford yeni təklifi qəbul edəcəyi təqdirdə, həftədə 20 min funt sterlinq qazanacaq.
Britaniya mətbuatı bununla bağlı tərəflər arasında razılığın əldə olunmaq üzrə olduğunu yazıb.
Qeyd edək ki, M.Reşford ötən mövsüm oynadığı 18 matçda 8 qol vurub və 2 qolun ötürməsini verib.
Sorğu
Yeni dizaynımız necədir?