Çempionlar Liqasının I təsnifat mərhələsində həvəskar futbol səviyyəsində olay yaşanıb.
Gundemxeber.az xəbər verir ki, Uelsin TNS və Şimali Makedoniyanın "Şkendiya" komandaları arasında keçirilən ilk oyunda meydan sahiblərinin yarımmüdafiəçisi Rori Holden birinci hissədə xəsarət alıb.
İrlandiyalı baş hakim Robert Henessi futbolçunun qan ləkəsi olan formasını dəyişməsini tələb edib.
Lakin britaniyalıların ehtiyat forması olmayıb. Çıxış yolu kimi adsız formanın arxasına qələmlə Holdenə məxsus nömrə yazılıb və o, 79-cu dəqiqədə əvəzlənənə qədər həmin formanı geyinib.
Görüş isə qolsuz bərabərliklə başa çatıb. Cavab oyunu iyulun 15-də Skopyedə keçiriləcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?