Bu gün İsveçrənin Nyon şəhərində futbol üzrə Çempionlar Liqasının I və II təsnifat mərhələlərinin püşkatma mərasimi keçiriləcək.
Avropanın ən nüfuzlu klub turnirində Azərbaycanı "Qarabağ" komandası təmsil edəcək. Ağdam klubu mübarizəyə I təsnifat mərhələsindən başlayacaq. Püşkatma zamanı daha yüksək reytinqlilərin olduğu səpələnmişlər səbətində yer alan "Qarabağ"ın potensial rəqiblərinin sayı 5-ə enib. Bunlar Makedoniyanın "Şkendiya", Lüksemburqun "Düdelanj", Sloveniyanın "Olimpiya" (Lyublyana), Litvanın "Suduva" və Gürcüstanın "Torpedo" (Kutaisi") komandalarıdır.
Bu mərhələnin ilk oyunları 10-11 iyulda, cavab görüşləri 17-18 iyulda keçiriləcək.
Növbəti mərhələyə yüksələcək 16 komandaya daha 4-ü - BATE (Borisov, Belarus), "Dinamo" (Zaqreb, Xorvatiya), "Midtyuland" (Danimarka) və ÇFR (Kluj, Rumıniya) qoşulacaq. Beləliklə, II təsnifat mərhələsində 10 cüt formalaşacaq. I təsnifat mərhələsini adlayacağı təqdirdə, "Qarabağ" yenə səpələnmişlər səbətində yer alacaq. Oyunlar 24-25 iyulda və 31 iyul-1 avqustda keçiriləcək.
Qeyd edək ki, Çempionlar Liqasının I və II təsnifat mərhələlərinin püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlanacaq./report
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?