Muzeyin işçiləri fahişələrin həyat tərzinin sensasiyadan uzaq və qərəzsiz bir şəkildə izah edildiyini vurğulayıb
Həyat tərzi Hollandiyanın paytaxtı Amsterdamdakı məşhur "Qırmızı işıq bölgəsi"ndə ölkənin ilk "seks sektoru muzeyi" açılır. Muzey ziyarətçilərə əxlaqsız qadınların həyat tərzləri ilə tanış edəcək.
Audezijds Axterburqval prospektində yerləşən muzeyin işçiləri gələn həftə açılmalı olan muzeydə fahişələrin həyat tərzinin sensasiyadan uzaq və qərəzsiz bir şəkildə izah edildiyini vurğulayıb.
Hər gün minlərlə turistin maraq mərkəzi olan "Qırmızı işıq bölgəsi"ndəki muzeyin hər gün 12:00-24:00 arası açıq olacağı ifadə edilib.
Qeyd edək ki, muzeyin təhsil mərkəzlərində şagirdlərə qızları bahalı hədiyyələrlə aldadıb fahişəliyə məcbur edən gənclər barəsində məlumatlar da veriləcəyi bildirilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?