Soçi Qış Olimpiya Oyunlarının açılış mərasimində Gürcüstanın separatçı Abxaziya və Cənubi Osetiya bölgələrindəki qondarma rejimlərin rəhbərləri Ankvab və Tibilov lojada Azərbaycan və Rusiya prezidentləri ilə yanaşı oturdulub.
Virtualaz.org saytı xəbər verir ki, bu faktı Gürcüstan KİV-ləri üzə çıxarıb. Gürcüstanın ictimai telekanalı olan “Kanal 1”in jurnalistinin açılış mərasiminin teletranslyasiyasından əldə etdiyi foto bunu təsdiqləyir.
Gürcüstanın Milli Olimpiya Komitəsindən isə bildiriblər ki, separatçı liderlər açlış mərasiminə rəsmən dəvət edilmiş qonaqların siyahısında yer almayıb.
Telekanalın əməkdaşının qeydə aldığı və keyfiyyəti aşağı olan kadrda Azərbaycan prezidentini və ondan bir az aralıda oturmuş Qazaxıstan prezidentini seçmək olur, lakin Vladimir Putinin özünü bu kadrda seçmək mümkün deyil.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?