GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Rusiya Krıma qoşun yeritdi - (Yenilənib 6)

Rusiya Krıma qoşun yeritdi - (Yenilənib 6)

Tarix: 28-02-2014, 23:10 Bölmə :Dünya Baxış: 2 581
Rusiya Krıma qoşun yeritdi -  (Yenilənib 6)
Bu dəqiqələrdə rus ordusunun Krıma hərbi müdaxıləsi başlayib.

hal-hazırda 5 hərbi "İL-76" təyyarəsi “Qvardeysk” aerodromuna enib. Bundan əlavə, 10-dan çox rus “BTR”i Simferopol tərəfə hərəkət edir. Artıq “BTR”lər Simferopolun 40 kilometrliyindədir.







* * * 20:48

Ukrayna Prezidenti səlahiyyətlərini icra edən Ali Radanın spikeri Aleksandr Turçinov Mixail Kutsini Baş Qərargah rəisi - Hərbi Qüvvələrin baş komandanı vəzifəsinə təyin edib.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, müvafiq fərman dövlət başçısının saytında dərc olunub.

Qeyd edək ki, daha əvvəl A.Turçinov Yuri İlyini Baş Qərargah rəisi - Hərbi Qüvvələrin baş komandanı vəzifəsindən azad etmişdi.

Y.İlyin 2014-cü il fevralın 19-da V.Yanukoviç tərəfindən bu vəzifəyə təyin edilmişdi.

Dünən Y.İlyinin ürək tutmasından xəstəxanaya yerləşdirilməsi barədə məlumat yayılmışdı.

* * * 17:14

Ukrayna Milli Müdafiə və Təhlükəsizlik Şurası Krımdakı vəziyyətin yoluna qoyulması üçün plan hazırlayıb

APA-nın “RBK Ukraina” agentliyinə istinadən verdiyi məlumata görə, bunu şuranın iclasından sonra keçirdiyi brifinqdə qurumun katibi, son hadisələr zamanı Maydanın özünümüdafiə qüvvələrinin komandiri olmuş Andrey Parubiy deyib. “Biz separatçı ssenariyə yol verməmək üçün fəaliyyət planı hazırlamışıq”, - deyə o, söyləyib.

A. Parubiy plan haqda danışmayıb, çünki bu, həmin planın həyata keçirilməsini çətinləşdirə bilər. O, problemin həlli üçün beynəlxalq tərəfdaşların cəlb olunması ilə bağlı da plan olduğunu qeyd edib. A. Parubiyin sözlərinə görə, müəyyən olunub ki, kiçik qruplar istisna olmaqla, Krımdakı münaqişədə krımlılar iştirak etmir və hadisələrin əsas iştirakçıları Rusiyanın Qara dəniz donanmasının geyimlərini dəyişmiş əsgərləri və Rusiya “spesnaz”ıdir: “Rusiya Federasiyası və onun ordusu tərəfindən aktiv fəaliyyət başlasa və birbaşa işğal halında sözsüz ki, Ukrayna ordusu və Ukrayna sərhədçiləri tərəfindən ən adekvat addımlar atılacaq”.

Milli Müdafiə və Təhlükəsizlik Şurasının katibi Krımda fövqəladə vəziyyət elan olunması variantının da nəzərdən keçirildiyini, lakin bunun yerinə daha effektiv vasitələrə üstünlük verdiklərini açıqlayıb. A. Parubiy Krımdakı ssenarinin hüquq-mühafizə orqanları tərəfindən lokallaşdırıldığını nəzərə çatdırıb: “Məlumat var ki, xarici xüsusi xidmət orqanları tərəfindən Krımda cızılan ssenari Ukraynanın başqa vilayətlərində inkişaf etdirilməli idi. Ukraynanın bütün strateji obyektləri Ukrayna Silahlı Qüvvələrinin mühafizəsi altındadır. Artıq bütün lazımi tədbirlər görülüb”.

A. Parubiy 2010-cu ildə Ukrayna ilə Rusiya arasında (Viktor Yanukoviç və Dmitri Medvedev tərəfindən) imzalanmış və Rusiyanın Qara dəniz donanmasının Ukrayna ərazisində yerləşməsi və statusunu müəyyən edən Xarkov razılaşmasına yenidən baxılması məsələsini də müzakirə etdiklərini diqqətə çatdırıb. O, konkret qərarlar qəbul olunduqdan sonra ictimaiyyətin bu haqda məlumatlandırılacağını söyləyib. Qeyd edək ki, Xarkov razılaşmasına əsasən Rusiya donanmasının Ukrayna ərazisində qalma müddəti 25 il uzadılıb.

* * * 14:49

Krıma yeridilmiş Rusiya Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlı dəstələri bir-birinin ardınca strateji əhəmiyyətli obyektlərə nəzarəti ələ keçirir.

Virtualaz.org saytı Ukrayna qaynaqlarına istinadən xəbər verir ki, Sevastapol aeroportunun tutulmasının ardınca xüsusi təyinatlılar Krım yarımadasının hava məkanına nəzarət edən “Krımaerorux” Dövlət Müəssisəni də tutublar. Silahlanmış və üzləri maskalı, ancaq hərbi geyimlərinin üzərlərində tanınma nişanları olmayan rus xüsusi təyinatlıları müəssisənin giriş-çıxışını bağlayıb. Bununla da yarımadanın üzərində aviasiya naviqasiyasını tənzimləyən müəssisə rusların nəzarətinə keçib.

Hərbi qaynaqlardan məlum olub ki, Sevastapol aerportunu və müəssisəni ələ keçirənlər Rusiyanın Qara dəniz donanmasının hərbçiləri yox, Rusiya Baş qərargahının nəzdindəki Baş Kəşfiyyat İdarəsinin (QRU) xüsusi təyinatlı döyüşçüləridir. Onlar Krıma Rusiya ərazisindən yeridilib. QRU “spesnaz”nı daşıyan təyyarə Qara dəniz donanmasının Qvardeysk qəsəbəsində yerləşən hərbi aerodromuna enib.

* * * 14:30

Bu gün səhər Sevastopolda 8 Rusiya hərbi vertolyotu enib.

Virtualaz.org saytı Ukrayna mənbələrinə istinadən xəbər verir ki, vertolyotlar Rusiyanın Soçi yaxınlığındakı Anapa şəhərindən havaya qalxıb. Mənbə istisna etmir ki, həmin vertolyotlardan birində devrilmiş prezident Viktor Yanukoviç də ola bilər.

Krım tatar məclisinin lideri Refat Çubarov da Sevastopola 8 Rusiya hərbi vertolyotunun endiyini təsdiqləyib. Onun sözlərinə görə, vertolyotlardan birində Yanukoviçin ola biləcəyinə dair informasiya hələ təsdiqlənməyib və yoxlanılır. Xatırladaq ki, Rusiya KİV-ləri Yanukoviçin bu gün axşam Rostovda mətbuat konfransı keçirəcəyini xəbər veriblər.

* * * 13:21



Ukrayna Ali Radasının spikeri və müvəqqəti olaraq prezident vəzifələrini icra edən Aleksandr Turçinov Krımda monitorinq keçirmək üçün BMT Təhlükəsizlik Şurasına müraciət edib.

Turçinov bundan əlavə suverenliyin pozulacağı təqdirdə tədbir görməsinidə istəyib.

Bundan əlavə spiker Ukrayna milli təhlükəsizlik və müdafiə şurasının fövqəladə iclasını çağırıb.

* * * 12:22

Dövlət Duması isə tələsik “ölkəyə yeni ərazilərin birləşdirilməsi” qanunu qəbul etməyə hazırlaşır

Krımda yerli parlament və hökumət binalarının Rusiya Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlıları olduqları təxmin edilən naməlum silahlı dəstələr tərəfindən tutulmasından sonra yarımadanın ərazisində digər strateji obyektlər də rus hərbçilərinin nəzarətinə keçir.

Virtualaz.org saytı Ukrayna qaynaqlarına istinadən xəbər verir ki, bu gecə saat 3 radələrində 300-ə yaxın yaxşı silahlanmış hərbi geyimli şəxs Sevastopolun Balbek aeroportunu tutub.

Aeroportun növbə rəisi Anatoli Reçenko bildirib ki, onlar rus hərbçiləridir. Belbek aeroportuna gedən yol “kirpilər”lə kəsilib, silahlı şəxslər yola nəzarət edir. Hərbi geyimli şəxslər heç kimi yaxına buraxmır və “dayanın, yoxsa atəş açarıq” xəbərdarlığı edirlər.

A.Reçenko deyib ki, aeroportun ərazisində 3 BTR və hərbçilərlə dolu 10 “Ural” maşını da var. Ehtimal ki, aeroportun rus hərbçiləri tərəfindən nəzarətə götürülməsi Ukraynanın mərkəzi hakimiyyətinin Krıma ordu yeritməsinin qarşısını almaq məqsədi daşıyır.

Ukraynanın daxili işlər naziri Arsen Avakov facebook səhifəsində yazıb ki, aeroportu tutanların geyimində tanınma nişanları yoxdur, lakin onlar Rusiya hərbçiləri olduqlarını gizlətmirlər. Avakovun yazdığına görə gecə yarısı aeroporta əvvəlcə özlərini kazaklar kimi təqdim edilən silahlı şəxslər daxil olub.



Lakin onlar sərhədçilərin və milislərin səyləri ilə aeroportdan sıxışdırılıb. Çox keçmədən içərisində hərbçilər olan nömrəsiz hərbi yük avtomobilləri aeroporta daxil olub. Onlar danışıqlara girməkdən imtina ediblər və silah işlədəcəkləri ilə bağlı xəbərdarlıq ediblər.

“Baş verənlər açıq-aşkar silahlı müdaxilə və işğaldır. Hələlik birbaşa silahlı toqquşmalar baş verməyib, diplomatlara şans vermək lazımdır” - deyə Avakov yazıb.

Rusiya mənbələri isə xəbər verir ki, ölkənin Qərb hərbi dairəsinin 150 min hərbçisinə, 90 döyüş təyyarəsinə, 80 hərbi gəmiyə, 120 vertolyota və 1000-dən çox tanka “1 nömrəli” döyüş hazırlığı əmri verilib. Həyəcan siqnalı ilə qoşunlar “verilmiş nöqtələrə” doğru hərəkət etməyə başlayıblar və daha sonrakı əmri gözləyərək döyüşə hazır vəziyyətdə dayanacaqlar.

Qoşunların vəzifəsinin nədən ibarət olduğunu komandirlər ancaq məxfi məktubu açandan sonra biləcəklər. Bu döyüş hazırlığının Ukrayna ilə bağlı olduğu ehtimal edilir.

Bu arada Rusiya Dövlət Duması ölkəyə yeni ərazilərin birləşdirilməsi prosedurlarının sadələşdirilməsinə dair qanun layihəsini tələsik müzakirəyə çıxarmağa və qəbul etməyə hazırlaşır. Qanun layihəsi minlərlə ukraynalıya qısa müddət ərzində Rusiya pasportlarının verilməsinin yolunu açacaq və çox güman ki, Krımın Rusiyaya birləşdirilməsi üçün hüquqi bazanın hazırlanması məqsədini güdür.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Aleksandr Turçinov: “Rusiya geniş miqyaslı hücuma başlasa, kontinental savaş başlayacaq”

    Aleksandr Turçinov: “Rusiya geniş miqyaslı hücuma ...

    15-01-2015, 16:42

  • 
  • Daxili Qoşunların yeni komandanı kimdir...

    Daxili Qoşunların yeni komandanı kimdir... ...

    18-11-2013, 18:37

  • 
  • Azərbaycan Ordusunun yaranmasından 95 il ötür

    Azərbaycan Ordusunun yaranmasından 95 il ötür ...

    26-06-2013, 02:17

  • 
  • “Düşmənin güclü hücum əməliyyatlarına başlayacağı gözlənilir” — Aleksandr Turçinov

    “Düşmənin güclü hücum əməliyyatlarına başlayacağı ...

    22-01-2015, 23:31

  • 
  • Azərbaycan Ordusuna döyüş hazırlığı əmri verildi

    Azərbaycan Ordusuna döyüş hazırlığı əmri verildi ...

    6-09-2015, 12:45


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu