Hərbi hissələrdə heyvan ətinin verilməsi erməniləri ayağa qaldırdı
Ermənistanın müdafiə naziri Seyran Ohanyan hərbi hissələrdə ərzaq çatışmazlığı ilə əlaqədar əsgərlərin hərbi təlimlər zamanı ovla məşğul olmasına icazə verilməsi barədə qərar verib. Artıq sözügedən qərar Ermənistan cəmiyyətini də ayağa qaldırıb. Ermənistanda bir çox valideynlər övladlarını hərbi xidmətə yollamamaq üçün gizlətməkdən belə çəkinmirlər. Erməni valideynlər övladlarının hərbi xidmətə yollandıqdan sonra yarımcan olduğunu bildirirlər: “Övladlarımızı hərbi xidmətdə acından öldürürlər, onlara ərzaq əvəzinə ilan, qurbağa, tısbağa və digər heyvan ətlərini yedizdirirlər. Biz istəmirik ki, əziyyətlə böyüdüb başa çatdırdığımız övladlarımız hərbi xidmətdə gedib heç nədən şikəst edilsin. Onları düşmən deyil, öz dövlətimiz acından öldürəcək”, - deyə əsgər valideynləri bəyan ediblər. Xatırladaq ki, Ermənistan ordusunda acınacaqlı vəziyyətin mövcud olması artıq heç kəsə sirr deyil. Bir sıra beynəlxalq təşkilatlar da bu barədə öz hesabatlarında qeyd ediblər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?