GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Putin Ukraynadan başqa daha 5 ölkəni tutacaq

Putin Ukraynadan başqa daha 5 ölkəni tutacaq

Tarix: 1-04-2014, 11:36 Bölmə :Dünya Baxış: 1 077
Putin Ukraynadan başqa daha 5 ölkəni tutacaq
Andrey İllarionov:
"Putin Belarusu, Baltik ölkələrini və Finlandiyanı da tutmağa hazırlaşır"


Rusiyanın heç bir ciddi maneəyə rast gəlmədən Krımı ələ keçirməsi və Ukraynanın şərq regionlarını tutmaq üçün qoşun cəmləşdirməsi keçmiş sovet respublikaları ilə yanaşı Qərbdə də böyük xof yaradıb.
"gundemxeber.az"ın verdiyi məlumata görə, hər gün Qərb mediasında Rusiyanın Ukraynadan sonra daha hansı ölkələri tutmağa hazırlaşdığına dair nüfuzlu siyasətçilərin və diplomatların, ekspertlərin təhlilləri, qənaətləri yer alır.
Rusiya prezidenti Vladimir Putinin Krımın maneəsiz anneksiyasından ruhlanaraq daha hansı ölkələri tutacağına dair proqnozlarla çıxış edənlərdən biri də onun keçmiş müşaviri, Qərbdə nüfuza malik olan iqtisadçı Andrey İllarionovdur.
A.İllarionov İsveçin “Svenska Dagbladet” qəzetinə müsahibəsində deyib ki, Putin Belarusu, Baltik ölkələrini və Finlandiyanı da tutmağa hazırlaşır. Onun sözlərinə görə, Putin bu ölkələri ələ keçirmədən Rusiyanı genişləndirmək cəhdlərini dayandırmayacaq.
Prezidentin keçmiş müşaviri bildirib ki, Putin “tarixi ədaləti” bərpa etmək və II Nikolayın, habelə Stalinin dövrünə qayıtmaq istəyir.
İsveç qəzeti xatırladır ki, Finlandiya NATO-nun üzvü deyil və Rusiyanın bu ölkəyə müdaxiləsi alyansa müdaxilə kimi qiymətləndirilməyəcək. Finlandiyanın Hərbi-Hava Qüvvələri son vaxtlar Baltik dənizi üzərində kəşfiyyat uçuşlarını gücləndirib.
A.İllarionov deyib ki, Finlandiyaya müdaxilə Putinin bu günə və ya sabaha olan planlarına daxil deyil: “Lakin onu dayandırmasalar gec-tez məsələ qalxacaq. Putin mənim iştirak etdiyim toplantılarda dəfələrlə deyib ki, bolşeviklər və kommunistlər böyük səhvə yol veriblər. O, tamamilə belə deyə bilər ki, 1917-ci ildə bolşeviklər Finlandiyaya müstəqillik verməklə Rusiyanın milli maraqlarını satıblar”.
Putinin keçmiş müşavirinin sözlərinə görə, sanksiyalarla Putini dayandırmaq mümkün deyil və son sanksiyalar əksinə, ona kömək etdi. “Təcavüzü dayandırmağın yeganə yolu kollektiv müdafiədir”.
“The Wall Street Journal” qəzetinin məqaləsində isə deyilir ki, Putin ikinci cəbhə açmaq haqda fikirləşir. Növbədə Moldovadır. Qəzetin yazdığına görə, Putin Krımı Moldovanın separatçı Dnestryanı bölgəsinə birləşdirmək istəyir və bu məqsədlə iki bölgəni ayıran dəhlizi - Ukraynanın cənub bölgələrini ələ keçirəcək. Rusiyanın Ukrayna sərhədlərinə cəmləşdirdiyi 50 minlik qoşun qruplaşması hərbi texnikanı maskalayıb gizlədir və əlavə təchizat alır.
Amerika kəşfiyyatının əldə etdiyi məlumatlara görə, Ukrayna sərhədləri yaxınlığında hərbi səhra hospitalı yaradılıb və əsgərlərə əlavə ərzaq payı verilib.
Putinin Ukrayna sərhədlərində silah silkələməsinin məqsədi 500 min etnik rusun yaşadığı Dnestryanı bölgəni tutmaqdır. Ukraynanı isə başqa ssenari narahat edir. Dnestryanı bölgənin paytaxtı Tiraspol Odessanın yaxınlığında və Krımdan cəmi 300 kilometr məsafədə yerləşir. Putin Krımı ələ keçirəndən sonra onu Dnestryanı bölgə ilə birləşdirən dəhlizə də iddia edə bilər.
“Əgər Putin bu planını həyata keçirməyə qərar versə, onu və qoşunlarını heç nə dayandıra bilməyəcək” - deyə qəzet yazır.
Qərb mətbuatında ABŞ və Avropa İttifaqının Rusiyanın hərəkətlərinə qarşı qorxaq reaksiyaları da geniş tənqid olunur, prezident Barak Obamanın məğlublara xas tonda danışdığı bildirilir. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş köməkçisi Stiven Sestanoviç isə ”The New York Times” qəzetində dərc edilmiş məqaləsində Putinin “vicdansız stavkası” haqda yazır.
Nüfuzlu amerikalı diplomat, keçmiş SSRİ üzrə ekspert bildirir ki, Putin Krımı ələ keçirəndən sonra Ukraynanın şərq regionlarını tutmaq planının icrasına başlayıb. Lakin o, kifayət qədər hiyləgər taktikadan istifadə edir. Putin Ukrayna sərhədlərinə qoşun cəmləşdirir və indi Qərb rus qoşunlarını sərhəddən geri çəkmək üçün onunla danışıqlar aparır.
Rusiya prezidenti qoşunların bir hissəsini geri çəkərək Qərbin sanksiyalarının növbəti mərhələsinin qarşısını alacaq. Eyni zamanda o, Ukraynanın federallaşması planını irəli sürür və ölkənin şərq regionlarında separatçı çağırışları dəstəkləyir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Putin Ukraynadan sonra Latviyaya hücum edəcək

    Putin Ukraynadan sonra Latviyaya hücum edəcək ...

    8-04-2014, 10:06

  • 
  • ABŞ kəşfiyyatı Putinin qorxunc Qafqaz planlarını açıqladı

    ABŞ kəşfiyyatı Putinin qorxunc Qafqaz planlarını ...

    5-04-2014, 13:41

  • 
  • Putin: “Öz mövqelərimizi möhkəmləndirmək niyyətindəyik”

    Putin: “Öz mövqelərimizi möhkəmləndirmək ...

    2-12-2013, 16:13

  • 
  • Putin Lenini ittiham etdi: "Rusiyanın altına bomba qoyub"

    Putin Lenini ittiham etdi: "Rusiyanın altına ...

    21-01-2016, 22:13

  • 
  • “Putin tezliklə Gürcüstan və Azərbaycan üçün hərəkətə keçəcək” - Riçard Ran

    “Putin tezliklə Gürcüstan və Azərbaycan üçün ...

    13-11-2014, 11:42


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu