GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Putin Ukraynadan sonra Latviyaya hücum edəcək

Putin Ukraynadan sonra Latviyaya hücum edəcək

Tarix: 8-04-2014, 10:06 Bölmə :Manşet Baxış: 841
Putin Ukraynadan sonra Latviyaya hücum edəcək
Fransalı tarixçi və sovetoloq Alen Bezanson:
“Avropanın dua etməkdən başqa yolu yoxdur...”


Rusiyanın Krımı almasından sonra Avropanı “rus xofu” bürüyüb.
Vladimir Putinin Krımla kifayətlənməyib Ukraynanın cənub-şərq ərazilərini, daha sonra Moldovanın Dnestryanı bölgəsini, hətta Baltik ölkələrini və Finlandiyanı da tutmaq əmri verəcəyinə dair az qala hər gün Qərb KİV-lərində xəbərlər, ekspert rəyləri, məqalələr dərc olunur.
Nüfuzlu fransalı tarixçi və sovetoloq Alen Bezanson Polşanın Polityce.pl portalına müsahibəsində Avropanın ruslara qarşı çarəsiz olduğunu və Putinin planlarına qarşı heç cür müqavimət göstərə bilməyəcəyini deyib.
Həmin müsahibəni təqdim edirik:
- Kreml Ukrayna sərhədlərində on minlərlə əsgər cəmləşdirib. Avropanı qorxu bürüyüb. Polşanın baş naziri Donald Tusk NATO-nun ölkə ərazisində fiziki iştirakını tələb edir. Doğrudanmı, Rusiya bizi təhdid edir?
- Bəli, Polşa, Baltik ölkələri və Moldova üçün təhlükə tamamilə realdır. Məsələ ondadır ki, Avropa ərazisində heç bir ciddi silahlı qüvvələr yoxdur. Fransa əsgərləri Afrikadadır, britaniyalılar öz evlərindədir. Qalanları uzaq xaricə ezamiyyətə göndərilib. Ona görə də Avropanın xarici sərhədlərini qoruyan yoxdur. Bəs niyə? Ona görə ki, son 50 ildə biz Jan Monnenin yetirməsi olan, rasional siyasi və iqtisadi münasibətlərə söykənən Avropada yaşamışıq. Avropada düşmənlər yoxdur. Hamı tərəfdaşdır. Və birdən üfüqdə rus əsgəri görünür. Rus əsgəri isə əsl əsgərdir. O, avropalı əsgərlər kimi uşaq saxlamır və qadınlara maşından düşməkdə kömək etmir. Rus əsgəri vuruşmağı, oğurlamağı, zorlamağı və öldürməyi sevir. Ona görə də Avropanı dəhşət bürüyüb. Buna təəccüblənmək çətindir. Bu düşmənlə siz bacara bilməzsiniz.
- Bəs bu qorxmuş Avropa nə etməlidir? Amerika desantçılarının köməyini gözləməlidir? Təbii ki, əgər onlar bizə kömək etmək istəsələr...
- Birləşmiş Ştatlara xatırlatmaq lazımdır ki, Şimali Atlantika Alyansı və Vaşinqton müqaviləsi var. Bu müqaviləyə görə, NATO hücuma məruz qalan istənilən üzvünü müdafiə etməlidir. Bu, Baltik ölkələri üçün xüsusilə vacibdir. Çünki, Putin Ukraynadan sonra daha da irəli getmək istəsə, ilk növbədə Latviyaya hücum edəcək. Latviyada əhəmiyyətli sayda rus azlığı var - əhalinin 35 faizi. Litva cəmiyyəti birləşib, orada böyük rus icması da yoxdur. Estoniya isə etnik baxımdan kifayət qədər yekcins ölkədir.
Latviyaya qarşı Rusiya rus azlığının təhlükədə olduğu arqumentini irəli sürə və “qardaş köməyi”inə tələsə bilər. Bu üsul yüz illərdir sınaqdan keçirilib. Bəs Qərbdə kim Latviya üçün ölümə getməyə hazır olacaq? Mən Qərb siyasətçilərinin reaksiyalarını indidən təsəvvür edirəm: “Biz ki, Latviyaya görə müharibəyə risk edə bilmərik!”. Avropa iki dağıdıcı müharibəni sınaqdan keçirib və növbəti müharibədə iştirak etməyə heç həvəsi yoxdur. Çünki, bu müharibə əvvəlkilərdən də dağıdıcı ola bilər.
- Hələ ki, Rusiya Şərqi Ukraynaya qoşun yeritmək istəyir. Əgər Putin buna qərar versə, nə olacaq?
- Bunu heç kim bilmir. Rusiya Şərqi Ukraynaya qoşun yeridə, Xarkovu və Donetski ala bilər. O, həmçinin Moldovaya hücum edib Dnestryanı bölgəni götürər. Rusiya ağlına nə gəlsə, onu edə bilər, çünki Qərb dünyası düşmənlərsiz dünyadır. O, hətta düşməndən yox, düşmənin olmamasından qorxur. Qərb Rusiyanın qarşısında çarəsizdir. Və buna görə də Rusiyanın davranışları qarşısında özünü elə aparır ki, guya Rusiya onun düşməni deyil. Vuruşmaq əvəzinə onunla danışıqlar aparır. Bu, bizə gələcəkdə yaxşı heç nə vəd etmir. Əgər NATO reaksiya vermək istəsəydi, bunu çoxdan etmişdi.
- Bu, çox pessimist proqnoz oldu. Deməli, heç bir ümid yoxdur? Ümid yoxdur ki, Qərb ayılacaq və baş verənlərə qarşı münasibətini dəyişəcək?
- Bizim Allaha dua etmək imkanımız həmişə qalır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Putin Ukraynadan başqa daha 5 ölkəni tutacaq

    Putin Ukraynadan başqa daha 5 ölkəni tutacaq ...

    1-04-2014, 11:36

  • 
  • ABŞ kəşfiyyatı Putinin qorxunc Qafqaz planlarını açıqladı

    ABŞ kəşfiyyatı Putinin qorxunc Qafqaz planlarını ...

    5-04-2014, 13:41

  • 
  • Rusiya cəmi 60 saata Riqanı və Tallini tutacaq

    Rusiya cəmi 60 saata Riqanı və Tallini tutacaq ...

    9-06-2016, 16:48

  • 
  • “Putinin planlarından artıq İlham Əliyev də narahatdır”

    “Putinin planlarından artıq İlham Əliyev də ...

    17-04-2014, 10:00

  • 
  • Kreml Putinin Bakıya gəlişindən xəbərsizdir

    Kreml Putinin Bakıya gəlişindən xəbərsizdir ...

    18-07-2013, 19:19


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu