GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Şimal ayısının quldarlıq təfəkkürü

Şimal ayısının quldarlıq təfəkkürü

Tarix: 10-01-2013, 11:22 Bölmə :Dünya Baxış: 769
Şimal ayısının quldarlıq təfəkkürü

Rusiya oliqarxının 6 kambocalını
dənizə tulladığı xəbər verilir


Çox zəngin adamların kefi kök olanda və ya əksinə kök olmayanda və yaxud da qürbətdəki adalardan birində canları sıxılanda nə edirlər? Çox zəngin adamların bu sahədə çox zəngin də fantaziyaları var. Məsələn, əgər yazılanlar doğrudursa, 6 Kamboca dənizçisini bir göz qırpımında okeana tullamaq olar. Bu, Qərb mətbuatının yazdığına görə, Rusiya oliqarxı Sergei Polonsky-nin «yaradıcılığıdır».
Londonda çıxan «The Mail on Sunday», eləcə də bir sıra başqa mənbələr bildirirlər ki, Polonsky son «yaradıcılığına» görə çox uzun müddətə həbsxana cəzası ilə üzləşə bilər. Kambocadakı Siyanukvil şəhərinin prokuroru Huot Vicheth deyib ki, 40 yaşlı Rusiya maqnatına qarşı «əvvəlcədən düşünülmüş zorakılıq və azadlıqdan qanunsuz məhrumetmə» kimi ciddi ittihamlar irəli sürülüb.
Prokuror bildirib ki, hadisə cənab Polonsky-nin iki başqa dostu ilə onları adadan əsas sahilə aparan katerdə təşkil etdiyi Yeni il ziyafətinin ardınca baş verib. Keçmiş əmlak milyarderinin köməkçiləri bildiriblər ki, guya Sergei Polonsky Kambocanı tərk etməyəcəyi barədə yazılı iltizam verdikdən sonra zaminə buraxılıb.

Kamboca dənizçilərinin iddiası

Sözügedən 6 kambocalı dənizçi hərbi polisə bildiriblər ki, oliqarxın katerində onları əvvəlcə kayutlardan birində «məhbus ediblər», sonra isə bıçaqla hədələyərək, dənizə tullanmaları üçün əmr veriblər. Dənizçilərin Polonsky-nin katerində xidmətdə olduqları bildirilir. Cənab Polonsky-nin sözçüsü bildirib ki, o, 24 və 25 yaşlarında iki dostu ilə özünə məxsus kiçik adada yeyib-içərkən havaya atdıqları fişənglər polisin diqqətini cəlb edib. Başqa bir Britaniya mənbəyi isə sözçünün daha geniş şərhini verir.
Demə, Polonsky-nin katerinə gələn polislər ruslardan sənədlərini tələb ediblər, onlar isə bildiriblər ki, sənədləri adada qalıb və lazımdırsa, ordan götürə bilərlər.

Rus və kxmer dillərinin fərqi

Sözçünün dediyinə görə, bundan sonra «rus və kxmer dillərinin fərqinin yaratdığı anlaşılmazlıq nəticəsində Polonsky-ni və onun dostlarını həbs ediblər və qandallayaraq yaxınlıqdakı hərbi bazaya aparıblar»… Rusiyanın, yeri gəlmişkən, başqa bir oliqarxa – Prokhorova məxsus RBK saytı isə Polonsky və dostlarının zaminə buraxıldıqları barədə xəbərlərin yanlış olduğunu bildirir.
Sayt RİA Novosti agentliyinə istinadən xəbər verir ki, Rusiyanın Kambocadakı konsulu Pavel Seskyanov rusların azadlığa buraxıldıqları barədə xəbərləri təkzib edib. Konsul bildirib ki, zamin məsələsinə yalnız məhkəmələr baxır, onlar isə çərşənbə axşamınadək tətildədir. Diplomat həmçinin bildirib ki, Polonsky və dostları Konstantin Baglai və Alexander Karachinsky qanunsuzluğa yol verdiklərini etiraf etmirlər.
«The Mail on Sunday» qəzeti yazır ki, Kambocada şəxsi adası olan Polonsky, elə həmin adada Rusiyada külli miqdarda pul atdığı iddia olunan investorlardan gizlənir və investorlar onun Rusiyaya ekstradisiyasını tələb edirlər.«The Mail on Sunday» qəzetinin bu iddiası başa düşülmür, çünki rəsmi Moskvanın Sergei Polonsky barədə heç bir axtarış qərarı yoxdur.
Bununla belə, qəzet yazır ki, Rusiya prokurorluğu Polonsky-ni başqa bir oliqarxa, keçmiş DTK casusu və hazırda Britaniyanın «The İndependent» və «Evening Standard» qəzetlərinin sahibi olan Alexander Lebedev-ə qarşı ən əsas şahid kimi qiymətləndirir. Bu həmin Lebedevdir ki, Rusiya telekanallarından birində canlı debatda Polonsky-nin çənəsinə vurduğu bir yumruqla onu döşəməyə sərmişdi.

Putinin sevdiyi və sevmədiyi oliqarxlar

Rusiya oliqarxlarını iki aşkar qrupa bölmək olar: Rusiya prezidenti Vladimir Putinin xoşladığı və xoşlamadığı oliqarxlar. Onun xoşlamadığı oliqarxlardan ən ağıllı tərpənənləri xaricə, əsasən də Britaniyaya qaçmağa macal tapıblar. Buna macal tapmayan Khodorkovsky sonu görünməyən həbs cəzası çəkir. Putinin sevdiyi oliqarxların da çoxu Britaniyadadır. Çelsi futbol klubunun sahibi Roman Abramovich-in daimi yaşayış yeri Londondur.
Məsələn, Vladimir Putin bir neçə ay bundan əvvəl, Mərkəzi Rusiya əyalətlərindən birinin qubernatorunu iş yerində tapmadığına görə (yeri gəlmişkən o, məzuniyyətdə imiş) vəzifəsindən qovur, amma ərazisi Azərbaycandan 7 dəfə böyük olan Çukotkanın qubernatoru Abramovich-i itirib-axtarmır. Daha doğrusu, itirib-axtarmırdı. Abramovich 2008-ci ildə qubernatorluqdan öz ərizəsi ilə gedib.
Zülfüqar Rüfətoğlu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanın zəngin uşaqlarından yeni fotolar (FOTO)

    Azərbaycanın zəngin uşaqlarından yeni fotolar ...

    31-08-2015, 18:32

  • 
  • Jirinovski kök məmurların işdən qovulmasını tələb etdi

    Jirinovski kök məmurların işdən qovulmasını tələb ...

    21-01-2014, 12:14

  • 
  • İŞİD hücuma keçdi: neftlə zəngin şəhər işğal edilib

    İŞİD hücuma keçdi: neftlə zəngin şəhər işğal ...

    22-12-2014, 21:48

  • 
  • Qərb Rusiya enerjisindən tam imtina edə bilər

    Qərb Rusiya enerjisindən tam imtina edə bilər ...

    1-10-2014, 13:10

  • 
  • Zəngin İran gəncləri - açıq-saçıq FOTOLAR

    Zəngin İran gəncləri - açıq-saçıq FOTOLAR ...

    15-12-2014, 21:18


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu