İŞİD İraqın ən böyük neft yataqlarının olduğu Səlahəddin şəhərinin Bəyci qəsəbəsini yenidən işğal edib. Lent.az-ın xəbərinə görə, bu barədə Türkiyə mediası məlumat yayıb.
İŞİD-in hücumundan sonra İraq ordusuna məxsus olan ABŞ istehsalı "Avraam" tankı və çox sayda zirehli maşın terrorçular tərəfindən ələ keçirilərək partladılıb.
İraq rəsmiləri Bəycinin ancaq 2 bölgəsinin İŞİD-in nəzarətində olduğunu açıqlayıb.
Qeyd edək ki, bu il noyabrın 19-da İraq Müdafiə Nazirliyi qəsəbənin İŞİD qüvvələrindən təmizləndiyini elan edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?