GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Pentaqonun başında müharibə adamı

Pentaqonun başında müharibə adamı

Tarix: 10-01-2013, 11:29 Bölmə :Dünya Baxış: 774
Pentaqonun başında müharibə adamı

«Söhbət ölkəmizin müdafiəsindən gedəndə, biz nə
demokrat, nə də respublikaçıyıq, biz amerikalıyıq»


Prezident Barak Obama respublikaçı senator Cuk Hagelin müdafiə naziri vəzifəsinə namizədliyini irəli sürüb. Prezident deyib ki, Vyetnam müharibəsindən keçmiş cənab Hagel onun diqqətini, partiya maraqları üzərindən də adlamağı bacaran bir siyasətçi kimi cəlb edib: «Söhbət ölkəmizin müdafiəsindən gedəndə, biz nə demokrat, nə də respublikaçıyıq, biz amerikalıyıq».

Vyetnamın çapıq və qəlpələrini daşıyan senator

Ağ Evdə keçirilən nominasiya mərasimində Barak Obama Cuk Hageli vətən naminə döyüşlərin çapıq və qəlpələrini bədənində daşıyan bir şəxs kimi təqdim edib. Media yazır ki, namizədliyi təsdiq edilərsə, Chuck Hagel həqiqi hərbi qulluqda, yəni əsgərlikdə olmuş və Vyetnam müharibəsindən keçmiş ilk müdafiə naziri olacaq. Cənab Obama həmçinin CIA - Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinə, uzun illərdir prezidentin anti-terrorçuluq üzrə müşaviri çalışmış John Brennan-ın namizədliyini təklif edib. Cənab Obama Brennan-ı «əl-Qaidə-ni qarabaqara izləməkdən yorulmayan ictimai xadim» adlandırıb. «Mən son dörd ildə onun heç yatdığından da əmin deyiləm», prezident deyib.

Hageli İran və İsrailə görə tənqid edirlər

ABŞ və Britaniya mətbuatı yazır ki, hər iki posta namizədlər hər iki partiyadan ciddi dirəniş görəcək. Cənab Hageli ən çox tənqid edən elə onun öz partiyadaşlarıdır. O, İraq müharibəsini əvvəlcə dəstəklədiyinə, lakin sonra ona qarşı çıxdığına və Obama-nın 2008-ci ildə prezidentliyə namizədliyinə tərəfdar olduğuna görə respublikaçı partiyadaşlarının tənqidi ilə üzləşir. Tənqidçiləri həm də Hagel-in İsrail və İran məsələlərindəki keçmiş mövqelərini qabardırlar.
Hagel İran İnqilab Keşikçilərinin terrorçu təşkilat kimi qeydə alınmasının əleyhinə səs verib və 2007-ci ildəki çıxışlarından birində Konqresi İsrailə yardım məsələsində həmişə «ləbbeyk» deməkdə günahlandırıb. O, bu zaman «yəhudi lobbisi» ifadəsini açıq şəkildə işlətmişdi. Respublikaçı senator Lindsey Graham Hagel-in namizədliyinə qarşıdır və bildirir ki, seçilərsə, cənab Hagel Amerika tarixində İsrailə ən ziddiyyətli münasibət bəsləyən müdafiə naziri olacaq.
Texas ştatından senator Ted Cruz Hagel-dən İrana yumşaq münasibətinə görə narazıdır. Cənab Cruz bildirib ki, Chuck Hagel ABŞ düşmənləri qarşısında zəiflik nümayiş etdirib.
«The Guardian» qəzeti yazır ki, bir çox respublikaçı Hagel-in İsrail və İran məsələlərinə baxışlarını yaxşıca çək-çevir etməyə çağırırlar.

Yəhudilər Hagel barədə

Konqresdəki respublikaçı çoxluğun lideri və yeri gəlmişkən, kökləri ilə Şərqi Avropaya bağlı və Konqresdə yeganə yəhudi Eric Cantor bildirib ki, Hagel-in İsrailə münasibətdə tutduğu qızışdırıcı mövqe «aysberqin yalnız görünən tərəfidir». Respublikaçı Yəhudi Koalisiyası da bu namizədliyin əleyhinə çıxır. Təşkilatın yaydığı bəyanatda deyilir ki, «Chuck Hagelin təyinatı İsrailin təhlükəsizliyi üçün narahat olan hər bir amerikalının üzünə sillə kimi qiymətləndirilməlidir».
Yəhudilərin Milli Demokrat Şurası isə, əksinə, bildirir ki, keçmişlərdəki narahatlıqlara baxmayaraq, müdafiə naziri kimi təsdiq olunarsa, Hagel Amerikanın İsrailə danışıqsız dəstək siyasətinin tərəfdarı olacaq. Hageli tənqidlərə hədəf edən eləcə də onun keçmişdə homoseksualların orduda qulluq etməsinə qarşı çıxmasıdır.

Hagel müharibə cəhənnəmini şəxsən görüb

Lakin cənab Hagelin dəstəkçiləri bildirirlər ki, ən başlıcası söz yox, əməldir və senatorun bir millət vəkili kimi səsvermə tarixçəsinə diqqətlə baxılmalıdır. Onlar deyirlər ki, Hagel İsrailə 38 milyard dollarlıq yardımın lehinə səs verib və bu ölkənin liderləri ilə dəfələrlə görüşüb.
Cuk Hagelin tərəfdarları deyirlər ki, o, ABŞ və İsrail arasında «xüsusi münasibətlərə» inanır, lakin bu münasibətin səmimi olmasını istəyir. Onlar israr edirlər ki, Hagel bir sıra xırda, texniki istisnalarla həmişə İrana qarşı sərt sanksiyalara səs verib.O, qəbul edir ki, İrana qarşı hərbi əməliyyat variantı həmişə masanın üstündə olmalıdır, lakin Vyetnam cəhənnəmini şəxsən görmüş siyasətçi kimi bütün diplomatik vasitələrdən istifadənin tərəfdarıdır.
Bu məqamı prezident Obama xüsusi vurğulayıb: «Cuk bilir ki, müharibə mücərrəd bir şey deyil. O, başa düşür ki, biz, cavan amerikalıları toz-torpaqda və palçıq içində qanlarını axıtmağa yalnız o vaxt göndərməliyik ki, bu, tamamilə zəruri olsun».

AĞ EV inamlıdır

Administrasiya bildirir ki, namizədlərin təsdiqinin asan olmayacağını bilir, lakin uğur qazanacağına tam inanır. Ümid edilir ki, respublikaçılar Vyetnam və partiya veteranına, Nebraskadan iki dəfə seçilmiş və xarici işlər və kəşfiyyat komitəsinin üzvü olan senatora hər halda badalaq vurmayacaqlar.
Prezident Corc Buşun müdafiə naziri olmuş Kolin Povell deyib ki, Hageli bu vəzifəyə əla namizəd hesab edir. O, «bu görkəmli amerikalının» namizədliyini tez bir zamanda təsdiq etməyə çağırıb.

Brennan – Obamanın adami

Ekspertlərin fikrincə, CİA-Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) Con Brennanın namizədliyinin irəli sürülməsi göstərir ki, Barack Obama MKİ-nin Ağ Evlə sıx bağlı olduğu «yaxşı vaxtlara» qayıtmaq istəyir. Bununla belə, cənab Brennan Corc Buşun terror şübhəlilərinin dindirilməsi sisteminin yaradılmasında oynadığı rola görə tənqid edilir. Cənab Brennan deyir ki, o dindirmə prosesinin taktik ayrıntılarında heç bir rol oynamayıb.
Ağ Ev MKİ-nin rəhbəri vəzifəsinə iki namizəd üzərində düşünürdü: Brennan və bu təşkilatda 30 ildən artıq işləmiş direktor əvəzi Michael Morell. Administrasiya rəsmiləri etiraf ediblər ki, son seçimdə Brennan-ın Barack Obama-ya şəxsi yaxınlığı həlledici məqam olub. Dörd ildir ki, prezidentin anti-terror üzrə müşaviri olan John Brennan Osama bin Laden-in öldürülməsi reydi də daxil olmaqla, Ağ Evin bütün çətin seçimlərində fəal rol oynayıb.
Ağ Evin müşaviri kimi John Brennan, Barack Obama-nın anti-terror əməliyyatlarında pilotsuz təyyarələrdən və ya dronlardan geniş istifadə planının və onların Yəməndə də tətbiqinin qızğın tərəfdarı olub. O, həmçinin Yəməndə və Somalidə prezidentin emissarı kimi fəaliyyət göstərib və Ağ Evin «Ərəb baharına» münasibətdə siyasətinin formalaşdırılmasında əsas rollardan birini oynayıb. Belə fikirlər var ki, Brennan-ın təsdiqi, Hagel-kindən daha problemsiz ola bilər.

Prezidentin ideal üçlüyü

Ekspertlər bildirirlər ki, Ağ Ev bu iki namizədi və bir də dövlət katibi kimi John Kerry-ni təsdiqlətdirə bilsə, Obama növbəti 4 il üçün özünün milli təhlükəsizlik komandasını formalaşdıracaq. Ağ Evdəki ən yadda qalan çıxışlardan biri də müdafiə naziri postunu tərk edən Leon Panetta-nın vida nitqi olub. O, deyib ki, indi özünün qoz bağında, qozların bir-birindən necə fərqləndiyini öyrənməyə daha çox vaxtı olacaq. Amerika Konqresi də elə buna bənzər bir seçim qarşısındadır.
Zülfüqar Rüfətoğlu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Barak Obama İraq baş nazirinə zəng edib

    Barak Obama İraq baş nazirinə zəng edib ...

    7-01-2016, 12:23

  • 
  • Obama Ukraynadakı aksiyaları dəstəklədi

    Obama Ukraynadakı aksiyaları dəstəklədi ...

    29-01-2014, 13:09

  • 
  • Klintonu əvəz edən tapıldı

    Klintonu əvəz edən tapıldı ...

    22-12-2012, 13:34

  • 
  • Barak Obama İlham Əliyevə məktub ünvanlayıb

    Barak Obama İlham Əliyevə məktub ünvanlayıb ...

    8-07-2016, 23:03

  • 
  • Angela Merkel və Barak Obama öldürüləcək

    Angela Merkel və Barak Obama öldürüləcək ...

    4-02-2013, 10:20


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu