Yanukoviç keçmiş daxili işlər nazirini azad etməyə məcbur oldu, növbə xanım siyasətçinindi
Ukrayna prezidenti Viktor Yanukoviç həbsdəki keçmiş baş nazir Yuliya Timoşenkonun ən yaxın müttəfiqi, 2004-cü il narıncı inqilabının əhəmiyyətli simalarından olan keçmiş daxili işlər naziri Yuri Lutsenkonu əfv edərək azadlığa buraxıb. İki il əvvəl vəzifədən sui-istifadə ittihamı ilə dörd il həbs cəzası alan Lutsenko həbsxanadan dünən buraxılıb. “Bu, dünya demokratiyası üçün bir zəfərdir. Ukrayna siyasi təzyiqi dayandırmaq istiqamətində addım atmağa başlayır”, - deyə o bildirib. Lutsenkonun azad olunmasından sonra hazırda həbsdə saxlanan keçmiş baş nazir Timoşenkonun da əfv ediləcəyi gözlənilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?