Qarşıdurma zamanı 6 nəfərin öldüyü, 8 nəfərin isə yaralandığı bildirilir
Ukraynada yenə də atışma yaşandı. Ukraynanın Kramatorsk şəhəri yaxınlığında ANS TV-nin məlumatına görə, hərbiçilər ilə üsyançılar arasında atışma olub. Qarşıdurma zamanı 6 nəfərin öldüyü, 8 nəfərin isə yaralandığı bildirilir. Lakin ölü sayının daha çox olduğu ehtimal edilir. Zorakılıqlar fonunda Ukrayna hərbisinə məxsus “silah-sursat” daşıyan kamaz vurulub. Avropa Birliyi rəsmiləri Ukraynaya vəd olunan 1.37 milyard dollarlıq “beynəlxalq krediti” rəsmiləşdiriblər. Brüsseldə Ukraynanın baş naziri Arseniy Yatsenyuk ilə Avropa Komissiyasının prezidenti Manuel Barrozu arasında borca dair sənədlər imzalanıb. Barrozu qeyd edib ki, Ukrayna indi və gələcəkdə Avropa Birliyinə etibar edə bilər. Yatsenyuk isə ölkədə baş verən zorakılıqlara toxunub və Rusiyanı Donetsk və digər şərq vilayətlərində yaşanan gərginliyi yatırmağa çağırıb. Ukraynanın baş naziri, Arseniy Yatsenyuk bildirib ki, “Rusiyanı, üsyançıları və ya əsil terrorçuları qınamağa təkid edirik. Onlar dövlət binalarını tərk etməli və regionda stabilliyin bərqərar olması üçün əllərindən gələni etməlidirlər. Rusiya Ukraynanı iflasa uğrada bilməyəcək.” Ölkənin xarici işlər nazirliyinin mətbuat katibi Yevgen Perebinis isə Donetskdə keçirilən referendumun nəticələrini nə hökumət, nə də Qərb ölkələri tərəfindən tanınmadığını bildirib. Onun sözlərinə görə, bu ictimai rəy sorğusundan başqa bir şey deyil
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?