Separatçılar sərhəd yaxınlığında əsgərlərə qəfil hücum ediblər, ölənlər var
Donetsk və Luqanskda antitetrror əməliyyatları həyata keçirən Ukrayna ordusu əsgərləri tələyə düşüb. Nikolayevski briqadasının əsgərləri Rusiya ilə sərhəd ərazidə atəşə tutulublar. Atəş nəticəsində əsgərlər arasında ölənlərin olduğu bildirilir. Atışma nəticəsində əsgərlərdən iki nəfərin öldüyü, daha 21 nəfərin isə yaralandığı bildirlir. Kirovqrad şəhərinin xüsusi təyinatlılarının 3-cü kəşfiyyat alayı da separatçıların hücumuna məruz qalıb. Kəşfiyyatçılar Rusiya ilə sərhəd məntəqəsini möhkəmləndirərkən qəfil hücuma məruz qalıblar. Slavyansk yaxınlığında Rusiya ilə Ukrayna sərhədində hələ də döyüşləruin getdiyi bildirilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?