GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Şahnazaryandan inanılmaz açıqlama

Şahnazaryandan inanılmaz açıqlama

Tarix: 22-05-2014, 10:32 Bölmə :Dünya Baxış: 0
Şahnazaryandan inanılmaz açıqlama
Ermənistan KQB-nin keçmiş sədrindən sensasion Qarabağ açıqlaması

“Bir sıra azərbaycanlı siyasi xadimlərin, ekspertlərin və jurnalistlərin Azərbaycandakı siyasi təqiblərin Moskvanın təşəbbüsü ilə həyata keçirildiyinə dair bəyanatları doğrudur”.
Bu barədə Ermənistan KQB-nin keçmiş sədri David Şahnazaryan bildirib.
Mətbuata müsahibəsində Şahnazaryan deyib ki, bunun üçün Rusiya xüsusi xidmət orqanlarının Azərbaycanın yüksək hakimiyyət eşalonlarında çoxlu rıçaqları var. “Onlar təsəvvür olunandan daha çoxdur” - deyə erməni siyasətçi bildirib. D.Şahnazaryan Rusiyanın Ermənistanda da anoloji rıçaqlara malik olduğunu deyib. O, Rusiyanın Ermənistandakı səfirinin anti-Moskva fəaliyyəti aparan QHT-lərin barəsində ölçü götürüləcəyinə dair bu günlərdə verdiyi qalmaqallı açıqlamanı xatırladıb. Şahnazaryanın fikrincə, Azərbaycan və Ermənistan ictimai xadimlərinin, ekspertlərinin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə kömək etmək üçün qurduğu təmaslar Rusiyanın maraqlarına cavab vermir.
D.Şahnazaryan Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovun Sülh və Demokratiya İnstitutunun rəhbəri, “erməni işi”ində adı keçən və istintaqa cəlb edilən Leyla Yunus haqda açıqlamasına da münasibət bildirib. Mütəllibov isə mediaya açıqlamasında demişdi ki, vaxtilə Leyla Yunus və digərləri onu “dinc erməniləri qırmaqda” ittiham edirdilər və Qarabağda erməni yaraqlılarına qarşı aparılan əməliyyatları dayandırmaq üçün kompaniya aparırdılar.
“Mütəllibova gəldiksə isə o, sifariş yerinə yetirir. Əmin olun ki, Mütəllibov bu sətirləri oxuyacaq və düzgün nəticələr çıxaracaq. Mən ona dərindən nəfəs almağı və sakitləşməyi məsləhət görürəm. Əks halda mən onun yaddaşını bir sıra maraqlı epizodlarla zənginləşdirməli olacam”, - deyə D.Şahnazaryan bildirib. D.Şahnazaryan onu da deyib ki, Rusiya Azərbaycanla anlaşıb və bu anlaşmaya görə Bakı Qərblə sıx əməkdaşlıqdan imtina etməli, əvəzində Moskva Dağlıq Qarabağı və ətraf rayonları Azərbaycanın nəzarətinə verməli, öz qoşunlarını Azərbaycan ərazisində yerləşdirməlidir.
“Kremlin bu planı Putinin neoimperialist siyasətinin tərkibinə daxildir. Bu siyasət Qarabağ münaqişəsi ətrafında yeni situasiya yaradıb və bütün münaqişə tərəfləri üçün təhlükəlidir” - deyə o bildirib. D.Şahnazaryan amerikalı həmsədr Ceyms Uorlikin Vaşinqtonda təqdim etdiyi sülh prinsiplərinin Ermənistan üçün son şans olduğunu deyib. Onun sözlərinə görə, Ermənistan bu planı qəbul etməsə Rusiyanın planı işə düşəcək. Şahnazaryan Uorlikin açıqladığı elementlərin 1997-ci ildə tərəflərə təqdim edilmiş “mərhələli həll” planı ilə eyni yanaşmalara və məntiqə əsaslandığını bildirib. D.Şahnazaryan Ermənistanda Uorlikin bəyanatına qarşı çıxanlara və münaqişə ətrafında status kvonu saxlamaq tərəfdarlarına cavab olaraq deyib ki, status-kvo təkcə təmas xətti ilə məhdudlaşmır. Bu, çoxsaylı komponentlərdən ibarət situasiyadır və həmin komponentlərin çoxu dəyişib. Şahnazaryanın sözlərinə görə, birincisi, hərbi balans çoxdan Azərbaycanın xeyrinə dəyişib, özü də əsasən Rusiyanın səyləri sayəsində. İkincisi iqtisadi amildir. Ermənistan KQB-nin keçmiş sədri deyib ki, Azərbaycanla Ermənistanın iqtisadi vəziyyətini 15 il əvvəllə heç cür müqayisə etmək olmaz. “İqtisadi vəziyyət Azərbaycanın xeyrinə durmadan dəyişir. Üçüncüsü, regionda geosiyasi balans bizim xeyrimizə deyil, xüsusən də Ermənistan Gömrük İttifaqına üzv olmağa razılıq verəndən sonra” - Şahnazaryan bildirib.
O, əlavə edib ki, Azərbaycan kifayət qədər müstəqil və çoxyönlü siyasət aparır. Energi təhlükəsizliyinə gəldikdə isə Ermənistan bu sahədə Rusiyadan tam asılıdır, Azərbaycan isə öz enerji müstəqilliyini tam təmin edib. “Ermənistanın beynəlxalq arenada nüfuzu da ciddi şəkildə aşağı düşüb. Xüsusən ötən il sentyabrın 3-dən sonra. Azərbaycan isə öz nüfuzunu qaldırmağa böyük vəsaitlər xərcləyir və artıq ciddi nəticələr əldə edib. Ona görə də statius-kvo daim dəyişir, özü də bizim xeyrimizə yox. Yəni “status-kvonu saxlamaq” iddiaları ancaq Moskvaya Ermənistandakı kriminal-oliqarxik rejimə sərf edir” - deyə Şahnazaryan bildirib.
Keçmiş KQB sədri deyib ki, 1998-ci ildə Robert Köçəryan “status-kvonu saxlamaq” adı altında dövlət çevrilişi yolu ilə hakimiyyəti qəsb etdi və oliqarxiyanı və hakimiyyəti birləşdirmək, xalqı soymaq və milyardlarla dollarlıq sərvətin sahibi olmaq üçün ATƏT-in Minsk Qrupunun mərhələli həll planını rədd etdi. D.Şahnazaryan deyib ki, Ermənisatnda “bir qarış da torpaq qaytarmamaq” tərəfdarlarının əksəriyyəti Moskvanın indiki siyasətini, kriminal oliqarxiyanın və özünün maraqlarını Ermənistanın və Dağlıq Qarabağın maraqlarından üstün tutanlardır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktorunun oğlu ABŞ-dan sığınacaq istəyib

    Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş ...

    7-12-2018, 16:45

  • 
  • Rusiya XİN: Qarabağ münaqişəsinin həlli üçün yüksək səviyyədə siyasi dialoqu təqdir edirik

    Rusiya XİN: Qarabağ münaqişəsinin həlli üçün ...

    24-12-2015, 18:01

  • 
  • ​Paşinyan Qarabağı Azərbaycana qaytaracaq - SENSASİYALI AÇIQLAMA

    ​Paşinyan Qarabağı Azərbaycana qaytaracaq - ...

    6-12-2018, 11:46

  • 
  • Eldar Namazov yenə üzdə: bu dəfə erməni kəşfiyyatçısı ilə...

    Eldar Namazov yenə üzdə: bu dəfə erməni ...

    4-11-2014, 12:56

  • 
  • Ermənistanın sabiq naziri: “Bu isə Azərbaycanın Qarabağı geri qaytarması deməkdir…”

    Ermənistanın sabiq naziri: “Bu isə Azərbaycanın ...

    10-09-2018, 13:44


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu