GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Kommunist keçmişindən necə qurtulmalı?

Kommunist keçmişindən necə qurtulmalı?

Tarix: 15-01-2013, 11:07 Bölmə :Dünya Baxış: 698
Kommunist keçmişindən necə qurtulmalı?

“KQB” arxivləri və bu qurumla əməkdaşlq edənlər xofu

Lüstrasiya «işıq» sözü ilə bağlıdır, «təmizləmə, saflaşdırma, arındırma, durultma» anlamına gəlir. Söhbət müstəqillik qazanandan və ya münaqişədən sonra siyasi qrupların əvvəlki rejimdən necə qurtulmasından gedir. Bu, eləcə də rejim qurbanlarının hüquqlarının bərpasını hədəfləyir.

«Keçid Ədaləti»

Bənzər təmizləmə metodları beynəlxalq hüquqda “Keçid Ədaləti” adlandırılır. Lüstrasiya keçmişə baxmaq cəhdi, keçmiş rəsmilərin dövlət, yaxud ictimai fəaliyyətini ya məhdudlaşdırmaq, ya da qadağan etməkdir. Baltikyanı ölkələr öz keçmişləri ilə hesablaşma yolunu daha tez tutublar. Gürcüstanda lüstrasiya qanunu 2011-ci ildə qəbul olunub. Azərbaycanda isə hələ də belə bir addım atılmayıb, Keçid Ədaləti yönündə məhdud işlər görülüb.
Belə bir qanun «KQB», Baş Kəşfiyyat İdarəsi (QRU) və DİN-in 7-ci idarəsi ilə əməkdaşlıq edən Azərbaycan vətəndaşlarının bilinməsi demək olardı. Bu sənəd həmin agentləri Azərbaycan MTN-ə özləri barədə məlumat verməyə məcbur edərdi. Məsələn, Polşada 2007-də qəbul olunmuş qanuna görə, vətəndaşdan sadəcə soruşurlar ki, keçmiş rejimin bir hissəsidir, ya yox. Yalan danışsa, sərt cəza ilə üzləşir.
Azərbaycanda Keçid Ədaləti barədə növbəti yazıda. İndilik, bu fürsətdən yararlanmış ölkələrin təcrübəsinə baxaq. Şərqi Avropanın 30 ölkəsindən azı 10-da Lüstrasiya Qanunu qəbul olunub. Lüstrasiya Qanununun tətbiqi üçün demokratiyanın da vacibliyi vurğulanır, çünki bu qanun anti-demokratik sayıla, siyasi rəqabət üçün istifadə oluna bilər. Müşahidəçilərə görə, dövlət nə qədər demokratikdirsə, bu qanunun tətbiqindən doğacaq təhlükələrə bir o qədər sinə gərir.

Gürcüstan qanununda Rusiya xofu

Gürcüstan «Azadlıq xartiyası» adlanan qanunu 2011-ci ildə qəbul edib. Maraqlıdır ki, keçmiş dissident Zviad Qamsaxurdiya da Lüstrasiya Qanununun qəbulundan vaz keçib. Bunu onun xüsusi xidmətə bağlılığı, ya da atasının Xüsusi Xidmətlə bağları ilə izah edənlər var. Gürcüstanda bu sənədi siyasi addım da sayırlar, çünki qanunun təşəbbüskarı, hələ ki, zəif mülki cəmiyyət deyildi. Sənəd ictimai müzakirəyə də çıxarılmayıb. 2007-ci ildə qəbul oluna bilməyən qanunu 4 il sonra qəbul etmək mümkün olub.
Korktaun Universitetinin Şərqi Avropa və Gürcüstanda siyasət və lüstrasiya təcrübəsi üzrə araşdırmaçısı Peter Rozic Gürcüstan mediasına deyib ki, qanunun qəbulu daxili və xarici amillərlə bağlıdır: «Gürcüstan ümumilikdə Rusiya sarıdan narahatdır. Sovet Xüsusi Xidmətinə bağlı şəxslər heç vaxt Gürcüstanda hakimiyyətə qayıda bilməyəcəklər. Buna baxmayaraq, onlar hələ də bu strukturlara bağlı sayılırlar».

Kommunist oldunsa...

«Azadlıq xartiyası» Sovet İttifaqının xüsusi xidmətinin keçmiş əməkdaşları, keçmiş kommunist partiyası və komsomol yetkililərinə məhdudiyyətlər qoyur. Eləcə də ictimai yerlərdə faşist və kommunist simvolikasından istifadəni yasaqlayır, xaricdən pul axınına göz qoyur.
Bu şəxslər müdafiə və daxili işlər nazirliklərində, əməliyyat bölmələrində işləyə bilməyəcəklər. Eləcə də hakim, ali təhsil müəssisəsinin rəhbəri, prorektor, dekan, kafedra müdiri ola bilməzlər. İctimai televiziya rəhbəri, nizamlayıcı şuranın üzvü olmağa da qadağa var.
Ancaq onlar parlamentə namizədliklərini verə bilərlər, bir şərtlə ki, MSK onların SSRİ-dəki fəaliyyətini açıqlasın. «Azadlıq xartiyası»nın təşəbbüskarı Giya Tortladze yerli mediaya deyib ki, bu sənədin himayəsi altında seçki mühiti yaxşılaşmalıdır. Belə ki, «adıçəkilən şəxslər birbaşa Moskvaya işləyiblər və indi Rusiya onlardan Gürcüstana qarşı yararlanmamalıdır. İctimaiyyət onlar barədə hər şeyi bilməlidir».

Çexiyada saflaşma

Xeyli sərt lüstrasiya Çexiya Respublikasında həyata keçirilib. 1991-ci ildə qəbul olunmuş «Kommunist rejiminin qanunsuzluğu haqqında» Qanun ölkənin 1948-1989-cu illərdəki idarəçilik metodlarına görə məsuliyyəti Çexoslovakiya Kommunist Partiyasının üzərinə qoyurdu. Bu qanun həmin illərdə kommunist rejimi ilə əməkdaşlıq etmiş 140 min şəxsə aid edilmişdi. Xüsusi xidmət əməkdaşlarına və gizli agentlərə 5 il dövlət orqanlarında vəzifə tutmaq yasaqlanmışdı. Təbii ki, xüsusi komissiya onların günahını sübut edirdisə. Qanunla bu yoxlamaya iki ay ayrılırdı. Bəzən yoxlanış çox uzun çəkirdi.
1996-cı ildə Çexiya vətəndaşları xüsusi xidmət dosyesi ilə tanışlıq hüququ qazandılar. Müstəqil Çexiyanın ilk prezidenti Vaclav Havel-i də sorğu-sual üçün materiallar tapıldı. Ancaq sonra bu nəticəyə gəlindi ki, Havel-i «əməkdaşlıq üçün mümkün namizəd» saymaq olar. Bu akt kommunist rejiminə bağlı şəxslərin ictimai yayım sahəsində vəzifə tutmasını da qadağan edir. Həmin postları tutmaq istəyənlər kommunistlərə bağlı olmamasına dair Daxili İşlər Nazirliyindən məktub gətirməliydilər.
Hazırda Çexiya parlamentində kommunistlər də təmsil olunur. Onların seçki qurumlarında təmsilçiliyinə hər hansı qadağa yoxdur, ancaq icra strukturlarında işinə məhdudiyyətlər var. Vyaçeslav Havel qanunun 2000-ci ilədək uzadılmasına veto qoymaq istəsə də, parlament vetonu rədd edib. 2001-ci ildə Çexiyanın Konstitusiya Məhkəməsi qərar verir ki, Lüstrasiya Aktı Konstitusiyaya zidd deyil və qüvvədə qala bilər.

«Xüsusi xidmətə bağli deyilsənsə, sənəd gətir»

Estoniya 1940-1950-ci illərdə kütləvi repressiyalarla bağlı qanun qəbul edib. Estoniya Prokurorluğuna tapşırılıb ki, kütləvi qətllərdə təqsirli olanlar məsuliyyətə cəlb olunsunlar.
Latviyada 1992-ci ildə qəbul olunmuş Seçki Qanunu tələb edir ki, deputatlığa namizədlər sovet rejimi, yaxud xüsusi xidmətlərlə bağlı olmadığını sübut edən sənəd göstərsinlər. Litvada SSRİ və digər ölkələrin xüsusi xidmətləri ilə əməkdaşlıqda şübhəli bilinən deputatların mandatlarının yoxlanması tələb olunur.
1996-cı ildə Rusiya qoşunları Çeçenistandan çıxandan sonra Aslan Maskhadov hakimiyyəti «Lüstrasiya qanunu» qəbul etdi. Qanuna görə, Doku Zavgayev-in dövründə vəzifədə olanlar 10 il ərzində İçkeriyada vəzifə tuta bilməzdilər. Rusiyada 1991-ci ildə siyasi repressiya qurbanlarının reabilitasiyasına dair qanun qəbul olunub. 1992-ci ildə isə Galina Starovoytova Rusiya Federasiyası Ali Sovetinə «Totalitar rejimin siyasət daşıyıcılarına peşə qadağasına dair» qanun layihəsi təqdim edib. Layihədə nəzərdə tutulurdu ki, Sov. İKP aparatının, sovet və rus xüsusi xidmətlərinin əməkdaş və agenturasına peşə məhdudiyyətləri qoyulsun. Starovoytova 1997-ci ildə sənədi yenidən Dövlət Dumasına təqdim edir, ancaq qanun qəbul olunmur. Daha sonra Starovoytova öldürülür. 2005-ci ildə onun ölümünə görə Baş Kəşfiyyat İdarəsinin əməkdaşı təqsirli bilinir. Sifarişçilər tapılmayıb.
2011-ci ildə Qırğızıstanda Lüstrasiya Qanununa dair referendum təklifi qəbul olunmayıb. Mərkəzi Seçki Komissiyası (BSK) lazımi sənədlər olmadığı üçün belə bir referendumu istisna edib. Beləcə, hökumət rəsmiləri keçmiş prezident Kurmanbek Bakiyev və ailəsi, eləcə də administrasiyası ilə bağlantılarını açmaqdan qurtulub.
Arifə Kazımova
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • KQB-nin gizli arxivləri Polşada açılacaq

    KQB-nin gizli arxivləri Polşada açılacaq ...

    4-01-2015, 22:59

  • 
  • Erməni ədaləti: gözlərni tikdi

    Erməni ədaləti: gözlərni tikdi ...

    7-07-2016, 13:42

  • 
  • Tarixin ədaləti-28 iyun: Azərbaycan bayram edir, Ermənistan qan ağlayır-VİDEO

    Tarixin ədaləti-28 iyun: Azərbaycan bayram edir, ...

    29-06-2015, 15:18

  • 
  • Azərbaycanda yay vaxtına keçid ləğv olundu

    Azərbaycanda yay vaxtına keçid ləğv olundu ...

    17-03-2016, 14:18

  • 
  • Yalama keçid məntəqəsində özbaşınalıq

    Yalama keçid məntəqəsində özbaşınalıq ...

    12-08-2013, 11:41


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu