Şirkətin xəritələr layihələrində Azərbaycan ərazilərndəki toponimlərin bir çoxu təhrif olunmuş formada göstərilir
Şirkətin "Google" Yer kürəsi və "Google" Xəritələr layihələrində Ermənistan tərəfindən işğal olunan Azərbaycan ərazilərndəki toponimlərin bir çoxu təhrif olunmuş formada göstərilir. Məsələ burasındadır ki, Qarabağ və bitişik ərazilərə yüksəklikdən baxanda adlarla bağlı heç bir səhv nəzərə çarpmır. Ancaq bu bölgələrə daha aşağı yüksəklikdən baxanda səhvlərin sayı artır. Coğrafiya İnstitunun direktor əvəzi Ramiz Məmmədov hesab edir ki, google bəzi təhrifləri məqsədyönlü şəkildə edir: "Yaxşı abidələr, yaxşı binalar çəkilir yazılır erməni adı, yanına da mötərizədə Arsax yazılır. Amma bir dənə qırıq benzin kalonkası, hardasa 70-ci illərdən qalmış onun da yanında bir qırıq "Volqa" təkəri də buraxıbdı. Onun şəklini çəkiblər altına da yazıblar Azərbaycan. Bu artıq "Google"-in Azərbaycan sataşmağıdı". Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə bildirir ki, istifadəçilərin səhvlərlə bağlı kütləvi şəkildə google-a müraciəti effektiv nəticə verə bilər. Ekspert Osman Gündüzün sözlərinə görə, "Google" servislərində online-da bu səhvlərlə bağlı birbaşa şikayət etmək imkanı qoyub: ""Google" bir neçə imkanlar qoyub, əgər burda səhv varsa müraciət edin, burda qanunvericiliyin tələbi pozulubsa müraciət edin. Siz hansısa bir adlar təklif edin". "Google"-da tək Azərbaycanla bağlı yanlışlara yol verilmədiyini deyən Osman Gündüz hesab edir ki, problemi aradan qaldırmaq öz əlimizdədir: "Qlobal maştabda baxsaq informasiya müharibəsi gedir. Kim bunu tez edirsə, kim informasiyanı daha çox verirsə, kim informasiyanı tez google-a çatdırırsa, o da öz xəritəsində onu əks etdirir". “Xəbər xidməti”
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?