ABŞ-ın Yuta ştatında tükürpədici qətl hadisəsi baş verib.
ABŞ-ın Yuta ştatında tükürpədici qətl hadisəsi baş verib
Speniş-Fork sakini 34 yaşlı polis zabiti Coşua Boren 32 yaşlı arvadı Kelli Boren 5 və 7 yaşlı iki uşağını və qaynanası 55 yaşlı Meri Kinqi öldürdükdən sonra tabel silahı ilə özünü də güllələyib.
Coşua Boren xidmət keçdiyi polis idarəsində həmkarlarının hörmətini qazanıb. İşdə hamı onu xeyirxah və etibarlı yoldaş kimi tanıyıb.
Ancaq istintaqın gedişatında aydınlaşıb ki, onun xarici görünüşü aldadıcı olub. Xeyirxah və həssas insan maskası altında dəli və təcavüzkar biri gizlənib. Coşua Boren öz arvadını daim məcburən zorlayır və zorakılığın səhnələrini videoya yazırmış.
Bu psixi sapmaların səbəbi uşaqlıqda Coşuanın özünün pedofilin qurbanı və narkotiklərə aludəçiliyi səbəb olub. Psixoloqlar belə nəticəyə gəliblər ki, Borenin emosional inkişafının səviyyəsi üçyaşlı uşağın səviyyəsinə uyğundur. Polis zabitinin çəkdiyi videoçarxlar aşkar olunduqdan sonra arvadı onunla boşanmağa qərar verib və boşanma prosesinə başlanıb. Bu hadisə də göründüyü kimi, Boreni qəzəbə gətirib və bu faciəyə start verib.
Həbs olunan keçmiş polisin işini istintaqçılar araşdırır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?