Azərbaycanda tükürpədici qətl hadisəsi baş verib. Cəlilabad rayonunda bir müddətdir ki, həyat yoldaşından ayrı yaşayan 35 yaşlı Nahidə Quliyeva və onun iki azyaşlı övladı -2 yaşlı Mədinə və 4 yaşlı Nuray faciəvi şəkildə evdə başları kəsilərək qətlə yetiriliblər. Qatil sonradan izi itirmək üçün evdə yanğın törədib. Qonşular Nahidə Quliyeva və 4 yaşlı Nurayın meyidini evdən çıxara bilsələr də, 2 yaşlı Mədinənin meyidi yanaraq tanınmaz hala düşüb. Cəlilabad Rayon Prokurorluğundan APA-nın yerli bürosuna verilən məlumata görə, hadisənin Cəlilabad şəhər sakini, 1981-ci il təvəllüdlü Vüsal Mirzəkişi oğlu Quliyev tərəfindən törədildiyi müəyyən olunub. V. Quliyevin qətli Nahidə Quliyeva ilə aralarında olan şəxsi münaqişə zəminində çoxsaylı zərbələri ilə törətdiyi bildirilir. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7 (qətl) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədən şəxsin axtarışları davam etdirilir.
Sorğu
Yeni dizaynımız necədir?