Vald Oise bölgəsində baş verən hadisə zamanı avtomobilin sükanı ilə oynayan iki yaşındakı uşaq anasının əzilərək ölümünə səbəb olub.
Belə ki, ana avtobili yuyarkən sürücü oturacağında oturan balaca mühərriki işə salıb. Nəticədə avtomobil 26 yaşındakı ananın üstünə irəliləyib. Avtomobilin hərəkət etməsindən xəbərsiz olan ana başqa bir avtomobillin arasında qalıb.
Yerli mətbuatın məlumatına görə, iki maşın arasında sıxışan bədbəxt anaya ilkin müdaxilə etmək gec olub. Xəstəxanaya yerləşdirilən qadın orada dünyasını dəyişib.
Sorğu
Yeni dizaynımız necədir?