ABŞ-da Fəthullah Gülən qrupuna aid olan və Ohayo ştatında yerləşən 19 elm mərkəzi və məktəbə cinayət işi açılıb.
gundemxeber.az Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər verir ki, Gülən məktəblərində çalışmış müəllimlər çərşənbə axşamı günü Ohayo Təhsil İdarəsində ifadə verib.
Müəllimlərin açıqlaması cinayət işinin açılması ilə nəticələnib. Keçmiş müəllimlər bu məktəblərdə keçirilən imtahanlardakı fırıldaqçılıqdan hiyləyə, irqi ayrı-seçkilikdən pis rəhbərliyə və uğursuz təhsilə qədər bir çox problemlərdən danışıb.
Xəbərə görə, Dayton Liseyində iki il yarım vəzifədə çalışan Riçard Storik türk müəllimlərin qara dərili tələbələri türkçə "it" və "meymun" deyə çağırdığını deyib.
Məktəbdə 2 il müəllimlik etmiş Tim Neri isə bunları bildirib: “Əmək haqlarımız vaxtında verilmirdi və bir qadın olaraq bu məsələni sorğu-sual edən kimi işdən qovulurduq”.
İfadə verən müəllimlərin əksəriyyəti Gülən məktəblərinin imtahanın nəticələrinə müdaxilə etməsindən də danışıb. Onlar deyib ki, məktəb rəhbərliyi imtahandan sonra protokollaşdırılaraq möhürlənməli olan imtahan nəticələrini hər dəfə müdaxilə edərək dəyişiblər.
Məktəb rəhbərliyi isə bununla razılaşmadığını və imtahan nəticələrinin əks olunduğu kağızların qoyulduğu şəffaf qutuların bərk bağlanıb-bağlanmadığını yoxlamaq məqsədi ilə müdaxilə etdiklərini bildiriblər.
Xatırladaq ki, Gülən məktəbləri Çikaqoda yerləşən Konsept adlı şirkətin nəzdində fəaliyyət göstərir. Məlumata görə, ABŞ-ın Federal Təhqiqatlar bürosu adı çəkilən şirkətdə maaliyə fırıldaqları ilə bağlı 1 ay öncə yoxlamalara başlayıb. - See more at: http://axar.az/news/24098#sthash.W7Ie3fUL.OwWwMUQG.dpuf
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?