Norveç erməniləri Xocalı aeroportundan istifadədən çəkinməyə çağırıb
Norveç ATƏT-in Minsk Qrupunun Qarabağ münaqişəsinin dinc yolla nizamlanması üzrə səylərini dəstəkləyir. Bununla əlaqədar Oslo Ermənistanı Dağlıq Qarabağa uçuşlardan çəkinməyə çağırıb. Bu barədə bu gün Bakıda Norveçin xarici işlər naziri Espen Bart Eyde bildirib. Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov ilə danışıqlardan sonra birgə mətbuat konfransında o deyib: «Biz uçuşların yolverilməzliyi barədə Ermənistana mesaj göndərmişik». Onun sözlərinə görə, «dinc prosesə zərbə vurmağa təhrik edəcək» hərəkətlər yol vermək olmaz. Öz növbəsində E.Məmmədyarov qeyd edib ki, humanitar baxımdan Xocalıda aeroportun açılmasının mənası yoxdur. «Bu, münaqişənin nizamlanması üzrə sülh sazişinin tərkib hissəsi olmalıdır və erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasından sonra olmalıdır. Əks halda aeroportun açılması və uçuşların başlanması qanunsuzdur, İCAO Çikaqo konvensiyasına ziddir», - o vurğulayıb. Suriya ermənilərinin Azərbaycan ərazilərində yerləşdirilməsi barədə məlumatları şərh edən E.Məmmədyarov deyib ki, bu məsələ ATƏT-in Minsk Qrupu həmsədrləri ilə danışıqların gündəliyindədir. «Söhbət kiçik sayda məskunlaşmadan gedir, amma istınilən halda bu, qanunsuzdur və Azərbaycan öz mövqeyini ATƏT-in Minsk Qrupunun nəzərinə çatdırıb», - o bildirib. E.Məmmədyarov həmçinin qeyd edib ki, yanvarın 28-də ATƏT-in Mİnsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüş keçirəcəklər. Lakin həmin danışıqların formatı hələlik müəyyənləşməyib. “Xəbər xidməti”
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?