GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Aeroport qalmaqalı dalana dirəndi

Aeroport qalmaqalı dalana dirəndi

Tarix: 5-02-2013, 10:42 Bölmə :Ölkə Baxış: 800
Aeroport qalmaqalı dalana dirəndi

Araz Əzimov Paris görüşünün “ürəkaçan olmadığını” bildirib

Əkrəm Əylislini ermənilərə sevgidə ittiham edən iqtidar Qarabağ
aeroportundan istifadə dən mülki təyyarələri vurmayacağını dedi


Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşünün “ürəkaçan olmadığını” bildirib. Diplomat həmçinin "Xocalı aeroportu" ilə bağlı deyib ki, Azərbaycan tərəfi öz hava məkanında qanunsuz uçuşlar keçirilməsinə imkan verməyəcək. O, eyni zamanda Azərbaycanın aeroportdan uçacaq mülki təyyarələri vurmağa hazırlaşmadığını da bildirib. Tanınmamış Dağlıq Qarabağ Respublikası Stepanakert/Xankəndi hava limanından uçuşlara yaxın zamanlarda başlayacağını bəyan edib.
Şərq və Qərb Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclunun sözlərinə görə, hazırkı prezident Serj Sarkisyan ictimaiyyətdə mövqeyini gücləndirmək üçün "Xocalı hava limanı məsələsindən" istifadə edir.Əzimov münaqişənin həllinə vasitəçilik edən ATƏT-in Minsk qrupu həmsədrləri barədə gümanlarını səsləndirib: “Yəqin ki, həmsədrlər 2013-cü ildə hər iki ölkədə seçkilərin keçiriləcəyini bəhanə gətirərək bu ilin də üstündən xətt çəkəcəklər. Amma vaxt gedir, münaqişə isə həll olunmur.
Politoloq Zərdüşt Əlizadə seçkiləri "bəhanə", hava limanı ətrafında aparılan siyasəti isə “səfehlik” adlandırır. “Onlar deyir açacayıq, biz deyirik vuracayıq. Məncə, açsınlar, onsuz da o təyyarələrə bir müddətdən sonra heç kim minməyəcək, onlara çoxlu maddi ziyan gətirəcək”, Əlizadə deyir. Oruclu isə, bu aeroportun Cənubi Qafqazda yeni silahlı qarşıdurmaya səbəb ola biləcəyi qənaətindədir: “Ermənistana beynəlxalq təzyiq olmazsa, Xocalı hava limanına preventiv zərbələr endirilə, ya aeroportdan qalxan mülki təyyarə ya vurula bilər. Başqa halda, Azərbaycan höküməti bununla hesablaşmalıdır”.
Ekspertə görə, silahlı qarşıdurma daha çox Azərbaycanın Dağlıq Qarabağdakı ərazilərə “nəzarətinin olmaması” səbəbilə, qarşı tərəfin hava ərazisinə keçməsi və orada silahlı müqavimətə rast gəlməsi ehtimalından baş verə bilər. Dəfələrlə aeroportun açılmasının "qarşısının alınacağını" bildirən Azərbaycan tərəfi Xocalı aeroportundan uçuşları “qanunsuz” adlandırır və bunun “siyasi-ideoloji mahiyyəti” olduğunu bildirir. Ermənistan Xarici İşlər naziri Eduard Nalbandyan aeroportdan uçuşların “siyasi və Qarabağ konflikti ilə bağlılığının olmadığını” bildirib. Dağlıq Qarabağ münaqişəsində vəziyyəti "gərginləşdirən" Xocalı aeroportu ətrafında söhbətlər ötən ilin əvvəlindən aktualdır.
2013-cü il hər iki ölkədə prezident seçkilərinin keçirilməsi isə hadisələrin reallaşma inkişafını "saxlaya bilər". Belə qənaətə gələn Azərbaycan rəsmisi Araz Əzimov, seçkilər səbəbilə "həmsədrlərin 2013-ci ilin də üzərindən xətt çəkəcəyini" və vəziyyətin “dəyişməcəyini” güman edib. Politoloq Zərdüşt Əlizadə seçkiləri “bəhanə” adlandırır və cari vəziyyətin "hər iki hökümətin xeyrinə" olduğunu deyir. “Xalqın başqa birilərini seçmək şansı varmı? Sarkisyanın bütün rəqibləri çoxdan ələ alınıb”, o, əlavə edir. Əlizadənin sözlərinə görə, Azərbaycan, Ermənistan, Rusiya, Fransa və ABŞ hökümətləri münaqişənin “həllini istəmir”, heç xalqlar da buna hazır deyil, “hər iki tərəf ədalət axtarır”.
Xarici işlər nazirləri Edvard Nalbandyan və Elmar Məmmədyarov və Minsk qrupu həmsədrləri arasında son görüşun yanvarın 29-da Parisdə keçirilib. "Ermənistan tərəfə çatdırmaq istədiyimiz təkliflər (Paris görüşündə) bəlkə də heç düşünülmədən qəbul edilməyib", Araz Əzimov deyib. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan isə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Parisdə Minsk Qrupu həmsədrləri ilə görüş zamanı Azərbaycan tərəfindən heç bir təklif irəli sürülmədiyini bildirib. “Azərbaycan xarici işlər nazirinin müavini bir şeydə haqlıdır: Ermənistan xarici işlər nazirinin Parisdə səsləndirdiyi bəyanat əvvəlkilərindən fərqlənməyib. Və bu təbiidir, Ermənistanın mövqeyi dünya birliyi və Minsk Qrupu həmsədrləri tərəfindən izhar edilən yanaşmalara həmahəng olub və qalmaqdadır. Azərbaycan tərəfi isə, son Paris görüşü zamanı olduğu kimi, həmsədrlər tərəfindən təqdim edilən bütün təklifləri təkidlə rədd etməkdə yaxud təftiş etməkdə davam edir”, - Balayan deyib. Əzimov Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Parisdəki son görüşünün "nəticə baxımdan" fərqlənmədiyini demişdi.
“Siyasət şöbəsi”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Araz Əzimov ABŞ Dövlət Departamentinin hesabatı barədə

    Araz Əzimov ABŞ Dövlət Departamentinin hesabatı ...

    3-03-2014, 16:21

  • 
  • Rusiyadan Xocalı aeroportu ilə bağlı rəsmi açıqlama

    Rusiyadan Xocalı aeroportu ilə bağlı rəsmi ...

    10-02-2013, 11:10

  • 
  • İrəvanın aeroport iddialarına etiraz artır

    İrəvanın aeroport iddialarına etiraz artır ...

    16-01-2013, 10:23

  • 
  • Rusiya Dağlıq Qarabağa ordu yeridir

    Rusiya Dağlıq Qarabağa ordu yeridir ...

    27-01-2013, 12:04

  • 
  • Araz Əzimovun anti-qərb bəyanatlarının pərdəarxası

    Araz Əzimovun anti-qərb bəyanatlarının pərdəarxası ...

    22-12-2012, 12:20


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu