gundemxeber.az xarici mətbuata istinadən xəbər verir ki, İŞİD qüvvələri Suriyada ciddi hərbi nailiyyətlər qazanıb. Məlumata görə, ölkənin Rəqqa şəhərində gedən döyüşlərdə Suriya Ordusunun 17-ci diviziyası tamamilə məhv edilib. Sky News öz dünya xəbərlərində bildirib ki, diviziyanın komandiri general Səmir Aslan da döyüşlərdə həlak olanlar arasındadır. İŞİD əsgərləri bu döyüşdə xeyli hərbi sursatlar ələ keçiriblər. Qənimətlər bu cür sadalanır: 1737 havan topu (minomyot), 200 tank və hərbi zirehli texnika, 3000 avtomat silah, 160 ədəd RPQ markalı minaatan. Xəbər agentliyi həmçinin ən azı 15 döyüşçünün ələ keçdiyini bildirirlər. Əsirlərin başı kəsilərək ölülərlə bərabər şəhər meydanında əhaliyə nümayiş etdirilib. İŞİD əsgərləri bu təntənəli nümayişin videosunu çəkərək youtube-ye yerləşdiriblər. Videonu və şəkilləri təqdim edirik. Videoya əsəbləri zəif olanlar baxmasınlar.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?