Şübhəlilər arasında "33 yaşlılar","Cənubi Afrika" təşkilatları və ABŞ kəşfiyyatının adı da var
Bir neçə gün əvvəl Türkiyə Baş Naziri R.T.Ərdoğan mətbuatın "Dərin Dövlət" haqqında unvanladığı suallara cavab verərkən "hər bir dövlətin "Dərin Dövlət"i var" -cavabını vermişdi. Nəzərə alsaq ki, mərhum Türkiyə Prezidenti Turqut Ozalın zəhərlənməsi haqqında şübhələr, Azərbaycanda da bir sıra dövlət adamlarının müəmmalı qətlləri, ABŞ Prezidentinin qətlindən tutmuş, İsveç Baş Naziri Olof Palmenin odlu silahla öldürülməsi və bənzər cinayətlərin açılmaması, açılmış olanlarınsa əslində gerçəklərin gizlədilmiş olduğu haqqındakı iddiaları gücləndirir. AKP hökumətinin lideri şok açıqlamalarıyla dunyanın dörd bir tərəfində gündəmə gəldi və öz təsirini İsveçdə göstərməyə başlayıb. İsveç mətbuatının yazdığına görə, mərhum Baş Nazir Olof Palmenin qətli haqqında sənədli film mavi ekranlara çıxarılacaq. "İstihbarat və Polis İsveç Baş Nazirinin qətlini birlikdə planlayıb və həyata keçirib". Bu teorinin müəllifi Leif GW Persson yazdığı tirilogiya kitabı "Dövlət Rifahı" mükafatına layiq görülüb. Prodyusser Maria Nordenberg yerli mətbuata açıqlamasında, İsveç Dövlət Televiziya kanalı "SVT" kitabın mükəmməl olmasından dolayı sənədli film olaraq televiziya serialı çəkdiklərini və yanvar ayının 13-dən etibarən tamaşaçılara təqdim ediləcəyini bildirib. Olof Palme cinayəti məhs Ərdoğanın açıqlamasından sonra təkrarən gündəmə oturub və sanki bir növ, Türkiyənin bu prosesə xüsusi diqqət yetirdiyinə işarə edir. Axı O.Palme məhs Türkiyəyə yaxınlığı və etibarlı tərəfdaşı kimi tanınırdı. Onun qətlinin açılmasında ən çox maraqlı olan "tərərf" yəqin ki, Türkiyədir. Necə olsa da, Türkiyə və İsveç arasındakı müttəfiqlik sonucu İsveç Krallığına mühacir't edən yüzlər, hətta minlərcə kürdün Türkiyəyə deportatsiyasıyla nəticələnmiş, qətlin ardından bu, tərəfdaşlığın ölümə səbəb olduğu iddiaları ortaya atılmışdı. Cəmiyyətin aktiv hissəsi də məhs yeni sənədli filmin bir neçə dilə tərcümə edilərək yayılması sonucu, nəhayət dünyanın ən qalma-qallı cinayətinin açılacagına ümid edir. Xatırladaq ki, İsveç Baş Naziri O.Palme 28 fevral 1986-ci il, gecə saat 23:21-də Stokholm şəhərinin mərkəzində qətlə yetilmişdir. Qətldən dərhal sonra ortaya atılan iddialar arasında Kürd Fəhlə Partiyası (PKK) günahlandırılmış, səbəb isə PKK üzvülərinin İsveçdə siyasi sığınacaq istəklərini geri çevirərək, onların Türkiyəyə təhvil verilməsi göstərilirdi. Hətta o dövrdə, kütləvi xarakter alan deportatsiyaya etiraz olaraq, Abdullah Öcalanın İsveç hökümətinə qarşı etiraz bəyanatıyla (təhdidiylə) çıxış etdiyi də bilinir. Ancaq sui-qəsd icraçısı şübhəliləri arasında "33 yaşlılar" və "Cənubi Afrika" Təşkilatları da qalmaqdadır. Hətta hökümətin Amerika Birləşmiş Ştatlarının işğalçılıq siyasətinə qarşı sərt mövqeindən dolayı ABŞ kəşfiyyatı tərəfindən qətlə yetirilmiş ola biləcəyi də iddia olaraq qalır. Bu şübhələrin heç biri özünü doğrultmadığından real sayılmır və yenə də 1986-cı ildə olduğu kimi bütün diqqət Təhlükəsizlik xidməti əməkdaşlarının və Polis əməkdaşlarının üzərinə yönəlir. Hadisədən öncə şübhəli hallarla qarşılaşan vətəndaşların ifadələri, yaxınlıqda öz avtomobilində polis radioötürücülərini dinləyən jurnalistin acıqlamalarından, cinayət baş verdiyi gün öz aralarında "faşist salamları"yla görüşən polis əməkdaşlarının növbədə olmasına, qətl baş verdiyi anda yaxınlıqda bir neçe polis patrul xidməti əməkdaşları olsa da, yalnız 10 dəqiqə keçdikdən sonra cinayət yerinə gəlmələri v.s səbəblərdən Sosial Demokrat Partiyasının lideri P.Olofun qətlində əsas şübhəlilər arasında məhs Təhlükəsizlik Nazirliyi və Polis Təşkilatının bir sıra əməkdaşları gündəmdə qalmaqdadır. Malik
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?