ABŞ-dan olan keçmiş kəşfiyyatçı Vayne Madsen Türkiyənin səkkizinci prezidenti Turqut Özalın ölümü ilə əlaqədar aparılan istintaqla bağlı bildirib ki, Özal İsrail rejiminin MOSSAD casusları və ya Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin casusları tərəfindən “tibbi sui-qəsd” nəticəsində öldürülə bilər, – “haberturk”. Kəşfiyyat sahəsində uğurlarına görə, müxtəlif dünya mükafatları alan amerikalı analitik “MEDİNT” adlı tibbi kəşfiyyatın MOSSAD və MKİ tərəfindən sıx istifadə edildiyini bildirib. Madsen hesab edir ki, tibbi sui-qəsd ilə bir sıra dünya liderlərinin öldürülməsi üçün MOSSAD tərəfindən həmin şirkətə zəhərli dərmanlar verilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?