Ukraynanın Luqansk vilayətinin Severodonesk şəhəri uğrunda gedən döyüşlər zamanı "Luqansk" batalyonu bir qrup terrorçunu əsir götürüb, 15 nəfərini isə məhv edib.
Axar.az xəbər verir ki, bu barədə batalyonun Feysbuk səhifəsində məlumat yerləşdirilib.
Vurğulanır ki, qarşıdurmalar zamanı ukraynalı könüllülərdən cəmi bir nəfər yaralanıb. Onun da yaxın vaxtlatda tezliklə geri - batalyon sıralarına qayıdacağına inam ifadə olunur.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?