Ukrayna Milli Təhlükəsizlik Nazirliyi Luqansk şəhərində terror hadisələri törətmək istəyən qrupu zərərsizləşdirib.
Avropa.info-nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, qrupa "Moskva" ləqəbli Rusiya vətəndaşı rəhbərlik edib.
Terrorçular qrupu bu ilin may ayında yaradıblar. Onlar may ayında Luqanskın strateji körpülərindən birini partladaraq, bir müddət Rusiyada gizləndikdən sona yenidən Luqanska qayıdıb. Qrup üzvləri şəhərin bir neçə hissəsində terror aktı törədiblər.
Terrorçular növbəti cinayətin planını hazırlayan zaman Luqanskda məskunlaşdıqları evdə həbs olunublar. Onların yaşadığı evdə çoxlu sayda silah-sursat və Luqansk şəhərinin strateji yerlərinin xəritəsi aşkarlanıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?