İnsident Ağdamda, Qərvənd və Mirəşelli kəndlərinin yaxınlığında qoşunların təmas xəttində baş verib.
Ancaq bu sayaq hadisə ilk dəfə deyil ki, baş verir və cəbhənin digər yerlərində də analoji hal qeydə alınıb. Sadəcə, indiyə qədər Qarabağda yaşayan ermənilərlə Ermənistandan və başqa yerlərdən gəlmiş ermənilər arasında çoxsaylı toqquşmaların üstü hər vəchlə ört-basdır edilib. Çünki sözügedən prosesin əks-sədasının işğalçıların düşərgəsində demoralizasiya effekti doğurması Ermənistanda müharibəni biznesə çevirənlərin ən çox qorxduğu və ehtiyatlandığı məsələdir. Lakin artıq bunu etmək mümkün olmur. Son günlər cəbhədəki gərginlik və Azərbaycan ordusunun erməni təxribatlarına layiqli cavab verməsi qəsbkarların sırasında dözülməzlik atmosferini daha da idarəolunmaz hala gətirib, pik həddə çatdırıb.
Bu haqda Bakupost.az-a xəbər verən azərbaycanlı hərbçinin sözlərinə görə, nə qədər ki, nisbi sakitlik şəraiti imiş, İrəvandan gəlmiş komandirlərin əmrlərinə Qarabağ ermənilərinin etinasız yanaşmasından yaranan təzadlı münasibətləri tənzimləmək mümkün olurmuş. Dəfələrlə əlbəyaxa savaşlar baş versə də, daha böyük komandirlər insidentin genişlənməsinin qarşısını ala, səs-küysüz yoluna qoya bilirmiş. Amma bu günlərdə çoxsaylı itkilər verən işğalçı ordunun sıralarında, necə deyərlər, təhlükəsiz mövqelərə göndərilmək uğrunda əsil daxili müharibə başlayıb.
Səlahiyyətləri əlində cəmləşdirmiş İrəvan erməniləri cəbhədə ən arzuolunmaz və təhlükəli nöqtələrə, bir qayda olaraq, Qarabağ doğumli erməniləri göndərirlər. Bu səbəbdən də ölənlərin sayında yerlilər gəlmələri nəzərəçarpacaq dərəcədə üstələyir. Gəlmə ermənilər isə həddlərini o dərəcədə aşıblar ki, yerlilər başlayıblar açıq şəkildə narazılıq bildirməyə və imkan düşəndə silaha əl atmağa. Təmas xəttində silahların gen-bol "danışdığı" bu bir neçə gündə geriləməyə məcbur edilən erməni ordusu nəticədə həm də daxili "razborkaya" məruz qalıb və daha 8 nəfərini itirib. Mənbənin bildirdiyinə görə, onlardan 5-i yerli, 3-ü gəlmə erməni olub.
İnsidentin genişlənməsindən qorxuya düşən zabitlər arxa bölümdən hətta kömək tələb ediblər. Lakin onların çağırışına cavab gec gəldiyindən atışma şiddətli hal alıb və toqquşma itkisiz ötüşməyib. Xəbər verilir ki, insidentdə iştirak etmiş 12 nəfər barədə hərbi polis ciddi tədbir görüb, onları həbs edib. Ancaq doğuracağı əks-sədadan ehtiyatlanıb həbslərlə bağlı məlumat gizlədilir, yaxud başqa adla ictimailəşdirilir.
Bununla belə, onlara qarşı çox sərt davranılacağı şübhəsizdir. Çünki bu elə prosesdir ki, qarşısı alınmasa, erməni silahlı birləşmələri arasında yeni-yeni separat dalğası yaranacaq. Ermənilərin düşüncəsinə hakim kəsilən də odur ki, güzəştə getmək olmaz. Lakin pərdə arxasında üstünlük yenə İrəvandan və digər yerlərdən gəlmiş ermənilərə verilir, Qarabağ ermənilərinin əl-qol açmaması üçün mümkün variantlardan maksimum istifadə etmək tövsiyə olunur.
Verdiyi məlumatların səhihliyinə cavabdeh olduğunu deyən mənbə sonda əlavə etdi ki, qanlı toqquşma barədə Ermənistan prezidenti Serj Sarkisyan şəxsən məlumatlandırılıb. Amma Qarabağ erməniləri ondan bir fayda gələcəyinə qətiyyən inanmırlar. Çünki ilk zərbəni məhz yerliləri olan prezidentdən alıblar ? Qarabağ ermənilərini daim küncə sıxmış
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?