İraqla yanaşı Suriyada da “İslam Dövləti” qruplaşmasının mövqelərinə hava zərbələri endirilə bilər.
APA-nın “Bloomberg”ə istinadən verdiyi məlumata görə, Ağ evin beynəlxalq təhlükəsizlik üzrə müşaviri Ben Rouds qeyd edib ki, amerikalıların qorunması və ABŞ-a qarşı terror planlarının qarşısını almaq üçün heç bir variantdan imtina edilməyəcək.
Suriyada saxlanılan amerikalı girovlara gəldikdə isə Ağ ev rəsmisi qeyd edib ki, bu ölkədə hələ də bir neçə ABŞ vətəndaşı girov saxlanılır: “Detallara çox girmək istəmirik. “İslam dövləti” kimi terror təşkilatının əlində girov qalmaqlarından narahatıq. Onlar təhlükə altındadırlar”.
Roudsun sözlərinə görə, ehtiyac yaransa, ABŞ Suriyada ərazisində olan silahlı qruplaşmalara qarşı hərbi əməliyyatlara başlaya bilər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?