ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) "Harri Trumen" aviadaşıyıcısının başçılıq etdiyi zərbə qrupu Suriyada İŞİD terror qruplaşmasına qarşı hava əməliyyatlarına başlayıb.
Bu barədə Amerika HDQ-nin bəyanatında deyilir. "Harri Trumen" aviadaşıyıcı zərbə qrupu mayın 3-də "Sarsılmaz qətiyyət" əməliyyatlarına dəstək göstərmək məqsədi ilə hava əməliyyatları həyata keçirməyə başlayıb", — deyə sənəddə bildirilir. HDQ-dən qeyd olunub ki, bombardımançı qırıcılar eskadrilyası artıq Suriya üzərində bir neçə uçuş edib./report
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?