Kürd qadın döyüşçü “İslam Dövləti” (İŞİD) yaraqlılarına əsir düşməmək üçün özünü öldürüb.
Virtualaz.org saytı xəbər verir ki, PKK-nın Suriya qanadında döyüşən və Türkiyənin Batman vilayətindən olan Ceylan Özalp bir neçə gün imiş Kobanidə gedən döyüşlərdə iştirak edirmiş. O, İŞİD-ə əsir düşməmək üçün özünü öldürüb.
Kod adı “Berivan Sason” olan 19 yaşlı C.Özalpın ölüm xəbəri PKK-çılar tərəfindən sosial şəbəkələrdə yayılıb.
Xatrıladaq ki, 19 yaşlı C.Özal keçən ay BBC-nin müxbirinə müsahibə vermişdi. Gənc kürd döyüşçü qadın müsahibəsində İŞİD-ə əsir düşməkdənsə özlərini öldürməyi seçəcəklərini demişdi.
Qeyd edək ki, İŞİD yaraqlıları əsir götürdükləri kürd qadın döyüşçülərini kütləvi şəkildə zorlayırlar.
Sorğu
Yeni dizaynımız necədir?