İŞİD-in Kobaniyə girməsindən sonra HDP (Xalqların Demokratik Partiyası) açıqlama verərək partiya üzvlərini küçələrə çıxmağa səsləyib. Bizimyol.info xəbər verir ki, HDP-nin çağırışına CHP-dən də dəstək gəlib. Küçələrə axışan yüzlərlə insan İŞİD-ə etiraz bəhanəsiylə hər şeyi yandırıb, dağıdıblar. Hadisələr zamanı 15 nəfər həyatını itirib. Ölkənin 6 əyalətində oktyabrın 8-dən komendant saatı elan edilib. Komendant saatı Diyarbəkir, Mardin, Siirt, Muş, Van və Batman əyalətində tətbiq edilib. Diyarbəkirdə isə baş verə biləcək hər hansısa hadisənin qarşısının alınması məqsədiylə Türk əsgəri şəhərə yeridilib. Fotoları təqdim edirik:
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?