Misir hakimiyyəti Qahirədə və bir sıra başqa şəhərlərdə axşam saat 7-dən səhər saat 6-ya kimi komendant saatı elan edib.
Hakimiyyət rejimə itaət etməyənlərin həbsxanaya düşəcəyini bildirib.
Daha öncə bildirilmişdi ki, müvəqqəti hökumət ölkədə bir aylıq fövqəladə hal elan edir.
Misir səhiyyə nazirliyinin məlumatına görə, bu gün baş vermiş toqquşmalarda 149 adam öldürülüb, 1403 adam yaralanıb.
***
Ən son məlumata görə, prezident Məhəmməd Mursi tərəfdarlarının toplaşdığı Rabia əl-Adaviya meydanı tamamilə hərbçilərin nəzarətinə keçib. Bunu MENA agentliyinə ölkənin Daxili İşlər Nazirliyindəki mənbə bildirib.
Qeyd edək ki, Rabia əl-Adaviya meydanı 1,5 ay ərzində Mursinin tərəfdarının nəzarətində olub.
Misirin Azadlıq və Ədalət Partiyası (“Müsəlman-qardaşları”nın siyasi qanadı) öz saytında bəyan edib ki, Rabia əl-Adaviya məscidi qarşısındakı səhnə, habelə yüzlərlə insanın cəsədi olduğu hospital polis tərəfindən yandırılıb.
Xatırladaq ki, Misir Səhiyyə Nazirliyi bu gün baş vermiş toqquşmalarda 56 nəfərin öldüyünü, 526 nəfərin yaralandığını açıqlayıb. Misir hökuməti ölkədə 1 ay müddətinə fövqəladə vəziyyət elan edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?